Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:16

İran vətəndaşları Bakıda karantinə alınıb


İllüstrasiya
İllüstrasiya

Martın 4-də Bakıda məskunlaşan İrandan olan 8 nəfərlik ailə karantinə alınıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasında deyilir.

Ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət müşahidə olunduğu və bu səbəbdən təcili tibbi yardım çağırıldığı bildirilir.

Məlumata görə ailə başçısı koronavirus xəstəliyinin geniş yayıldığı İrandan Azərbaycana bir həftə öncə - fevralın 27-də gəlib.

Profilaktik məqsədlə, zəruri ilkin testlərin edilməsi üçün ailənin bütün üzvlərinin ilkin müayinələrdən keçməsinə, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmasına qərar verildiyi, ancaq qarşı tərəfin müqavimət göstərdiyi qeyd olunur. Buna görə də hadisə yerinə polis əməkdaşları çağırıldığı bildirilir.

TƏBİB bütün ailə üzvlərinin xəstəxanada müşahidə altında saxlandığını açıqlayıb.

Rəsmi məlumata görə Azərbaycanda da koronavirusa 6 nəfər yoluxub, onların vəziyyəti sabitdir, bu virusdan ölüm hadisəsi qeydə alınmayıb.

Həmin şəxslərin hamısının infeksiyanın sürətlə yayıldığı İrandan gəldiyi deyilir.

XS
SM
MD
LG