Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:31

Kamilə Vəliyeva Olimpiya oyunlarında iştirakını davam etdirəcək


Kamilə Vəliyeva
Kamilə Vəliyeva

CAS idmançının xeyrinə qərar çıxarmasını qismən onun azyaşlı, yaxud “qorunan şəxs” olmasıyla izah edib

İdman Arbitrasiya Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın Olimpiya Oyunlarında çıxışını davam etdirməsinə icazə verib. Oyunlardan öncə, dekabrın 25-də idmançının dopinq testi müsbət çıxmışdı.

CAS fevralın 14-də səhərədək çəkən dinləmədən sonra bildirib ki, Rusiya Antidopinq Agentliyinin (RUSADA) 15 yaşlı idmançıya qadağanın ləğvi qərarını qüvvədə saxlayıb.

“Bərpaolunmaz ziyan”

Qutumun vebsaytında dərc olunmuş qərarda deyilir ki, iddia olunan pozuntu tam araşdırılmadan Vəliyevanın oyunlardan kənarlaşdırılmasına ehtiyac yoxdur.

CAS idmançının xeyrinə qərar çıxarmasını qismən onun azyaşlı, yaxud “qorunan şəxs” olmasıyla izah edib.

“Qurum qərara gəlib ki, atleti Olimpiya oyunlarından kənarlaşdırmaq ona bu şəraitdə bərpaolunmaz ziyan vurar”, – CAS Direktoru Metyu Riib deyib.

CAS-ın qərarı Vəliyevinin işi həll olunanacan onun oyunlardan iştirakıyla bağlıdır.

Dopinq aşkarlanandan 6 həftə sonra...

Bu qərar elan olunandan sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) elan edib ki, Vəliyeva finişə çıxarsa, fevralın 17-də qadınların fərdi və komanda fiqurlu konkisürmə üzrə medal mərasimi keçirilməyəcək.

15 yaşlı idmançı fevralın 7-də Olimpiya oyunlarında dördönümlü tullanma elementi icra edən ilk qadın atlet olub. Rusiyanın Olimpiya Komitəsi (ROK) komanda yarışlarında qızıl medal qazanıb.

Dekabrın 25-də verdiyi testdə idmançının qadağan olunmuş trimetazidin maddəsi qəbul etdiyi bəlli olub. Amma nəticələr ictimaiyyətə altı həftə sonra açıqlanıb. Onda Vəliyeva artıq Rusiya komandasının tərkibində qızıl medal qazanmışdı. Rusiya idmançıların təltif olunması təxirə salınıb.

Rusiyanın antidopinq agentliyi olan RUSADA Vəliyevanı yarışlardan kənalaşdırmışdı. Vəliyeva fevralın 9-da bu qərardan RUSADA-nın antidopinq intizam komitəsinə şikayət verdi və komitə elə həmin gün 15 yaşlının oyundan müvvəqqəti kənarlaşdırılması qərarını ləğv elədi. BOK, WADA (Ümumdünya Antidopinq Agentliyi) bu qərardan şikayət vermişdilər.

Reaksiyalar

WADA Vəliyevanın məşqçiləri, həkimləri, onunla işləyən digər yetkin yaşlılarla bağlı araşdırma aparıldığını bildirir. Qurum CAS-ın qərarını məyusluqla qarşılayıb.

“Görünür, CAS kodeks şərtlərini tətbiq etməmək qərarı verib. Şərtlərdə qorunan şəxslər, yaxud azyaşlıların müvəqqəti kənarlaşdırılmasına xüsusi istisnalar nəzərdə tutulmayıb”, – WADA bəyanatında qeyd edir.

BOK isə 2022-ci Pekin Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə komandası üçün medal mərasimi keçirməyin “məqsədəuyğun” olmadığını bildirib. Vəliyeva finala çıxarsa, eyni qadağa qadınların fərdi konkisürmə yarışlarına da aid olacaq.

Fevralın 15-də Pekində qadınların fərqli konkisürmə yarışları başlanır.

XS
SM
MD
LG