Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:33

Kreml təsdiqlədi-gələn həftə üçtərəfli görüş planlaşdırılır


Azərbaycan Prezidenti İlham Əliyev (sol), Rusiya Prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan, Moskva, 11 yanvar 2021 2021
Azərbaycan Prezidenti İlham Əliyev (sol), Rusiya Prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan, Moskva, 11 yanvar 2021 2021

Gələn həftə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadla “İnterfaks” agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, görüş videokonfrans formatında keçiriləcək.

Agentlik öz mənbələrinə istinadla videokonfransın gələn həftənin əvvəlinə planlaşdırıldığını yazır.

Agentlik həmçinin bundan əvvəl “Rossiya-1” telekanalının da gələn həftə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək tədbirlərin üçtərəfli sənədin imzalanmasının ildönümünə təsadüf edəcəyi ilə bağlı xəbər yadığını xatırladır.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il yanvarın 11-də də Moskvada tərəflər ikinci üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG