Təqaüdçülər deyirlər ki, pensiyaların verilməsi gecikir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev AzadlıqRadiosuna təqaüdlərin yubanması haqda deyilənləri rədd edib, iyulun 13-dən təqaüdlərin veriləcəyini bildirib.