Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:23

İqtisadçı: “Monopoliya ləgv edilməli, kadr islahatları aparılmalıdır”


Nazim Beydemirli
Nazim Beydemirli

2018-ci il dövlət büdcəsinin paketi Milli Məclisin üzvlərinə paylanıb. Parlamentin İqtisadi siyasət komitəsinin sədr müavini Vahid Əhmədov deyib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın proqnozlaşdırılır.

Deputat əlavə edib ki, bu ildən fərqli olaraq neftin qiyməti 45 dollar səviyyəsində götürüləcək, yəni 5 dollar artıq.

O, həmçinin “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində sosial sahəyəümumi vəsaitin 33-35 faizinin ayrılmasının nəzərdə tutulduğunu deyib.

AVahid Əhmədov
AVahid Əhmədov

Əvvəlki illərdə bun rəqəmin təxminən 40 faiz olduğu bildirilirdi.

İqtisadçı-alim Nazim Bəydəmirli AzadliqRadiosuna bildirib ki, büdcədə neftin qiymətinin bu ilə nisbətən 5 dollar qaldırılması proqnozlaşdırılan gəlirləri artıracaq.

Onun deməsinə görə, gəlirlərin strukturuna baxılsa, müəyyən nəticələrə gəlmək olar. İqtisadçı qeyd edir ki,sadələşmiş vergi gəlirlərin çox kiçik bir hissəsini tutur.

“Kiçik və orta sahibkarlı q inkişaf etməyib”

“Bu, onu deməyə əsas verir ki, dövlət orqanları daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olur, nəinki özəl şirkətlər. Gəlirlərin artırılması cərimə və digər inzibati ödənişlərlə stimullaşdırılır. Bu halstruktur islahatlarının effektivliyinin olmadığını sübut edir. Yəni gəlirlərdə artım vergi bazasının genişlənməsi ilə bağlı olsa bu, büdcədə öz əksini tapsa, o zaman əhalinin gəlirlərinin artdığını ehtimal edərdik. Yaxud sadələşdirilmiş vergi artsa o zaman kiçik və orta sahibkarlığın gücləndiyini söyləyə bilərdik. Çünki 570 min vergi ödəyicisinin 90 faizindən çoxu sadələşmiş vergi ödəyiciləridir.”.

İqtisadçı vurğulayıbki, "AZAL", "Azərsu"ASC "Azərişıq"ASC, "Azərenerji”ASC, “Azəralminum”ASC və digər bu tipli qurumların dövlət zəmanəti ilə aldıqları borcların bir hissəsi yenə də büdcə hesabına ödənilir. Nəticədə hökumət sosial yönümlü layihələrə tələb olunan vəsaiti ayıra bilmir.

AZAL
AZAL

İqtisadçı-alimin sözlərinə görə, 2017-ci ildə büdcə xərclərinin 31,4 faizi əsaslı vəsait qoyuluşudur. Deputatların söylədiklərindən bəlli olur ki, gələn il xərclərin 35 faizinin yenə həmin istiqamətə yönələcəyi gözlənir:

“ Gələcək nəsillərin pulu yeyilir...”

“Yəni, biz iqtisadiyyatımızı indiki durumda artan iqtisadiyyat kimi görmürük. Struktur islahatları ilə iqtisadiyyatı şaxələndirmək, vergi gəlirlərini artlırmaq, bazanı genişləndirmək kimi məqsədlərə nail olunmayıb. Cari xərclərin bir hissəsini də Dövlət Neft Fondundan (DNF) borc almaqla həyata keçiririk. Eyni zamanda, həmin vəziyyət Dövlət Sosial Müdafiə Fonduna aiddir ki, pensiyaçıları yığılan, idarə olunan vəsaitlərin hesabına yox, dövlət büdcəsinin transfertləri ilə qarşılamaq məcburiyyəti yaranır. Deməli, islahatlarla, iqtisadi fəaliyyəti artırmaqla, vergi bazasını genişləndirməklə gəlirləri çoxaltmırıq. Əksinə, bu və ya digər mənbələrdən alınan borcların hesabına tənzimlənmə aparılır. Bu mənada konkret olaraq, DNF-i borc bazası hesab etmək olar. Çünki investisiyaya, yatırılan milyardlar hökumətin fəaliyyəti nəticəsində qazanılmış vəsait deyil. Gələcək nəsillər üçün saxlanılmalı olan fonddan müxtəlif formalarda iqtisadiyyata transfert edilmiş vəsaitlərdir”.

Azərbaycan manatı
Azərbaycan manatı

“Oliqarxlar belə bacarıqlıdırlarsa...”

N.Bəydəmirli hesab edir ki,hökumətə məmur sahibkarlığına son qoymalıdır:

“Hökumətə tövsiyyə edirəm ki, hamı üçün eyni hüquq və vəzifələrin olmasını təmin etsin. Monopoliya yaradıb iqtisadi fəallığı azaldan oliqarx məmurları vəzifələrdən kənarlaşdırsın. Yaxşı olardı ki, onlar belə bacarıqlıdırlarsa öz bizneslərini idarə etsinlər, daha çox vergi ödəsinlər. Eyni zamanda, bu il büdcə vəsaitinin müxtəlif formalarda mənimsənilməsi olub. Xarici və yerli mediada baş nazirlərin müavinləri haqda qalmaqallı araşdırmalar yayılmışdı. Ona görə Nazirlər Kabinetinin indiki strukturu tam yenilənməlidir. Gürcüstanda və əksər ölkələrdə olduğu kimi Nazirlər Kabinetinin strukturu Baş nazirdən, ictimai əsaslarla nazirlər içindən seçilməkləbaş nazirin iki müavinindən vəmaksimum 18 nazirlikdən ibarət olamlıdır. Bir sözlə, Nazirlər Kabineti dinamik struktura çevrilməlidir.Gürcüstanda büdcə gəlirlərinin 94 faizi vergilər hesabına formalaşdırılır. Bu nəticəyə qonşumuz həm də islahatlar hesabına nail olublar. Bizdə də sosial sığorta haqqının yığımıvergilərə bağlanılmalıdır, dərin iqtisadi islahatlar aparmaq lazımdır. Əgər, hökumət buna getsə, vergidən yayınma, əmək haqqının ikili mühasibatlığı tədricən sıradan çıxar. Yaddan çıxartmaq lazım deyil ki, köhnə kadrlarla normal islahat aparmaq mümkün deyil, ona görə birinci kadr islahatları olmalıdır".

Buna da bax: "Neft fondunun büdcəsi dəyişdirilir"

Büdcəni devalvasiya gücləndirib...

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev isə AzadliqRadiosuna xatırladıb ki, son illər büdcə gəlirləri əvvəlki illərə nisbətən azalıb. Sadəcə, devalvasiya prosesləri nəticəsində manatın real alıcılıq qabiliyyətinin aşağı düşməsi büdcə xərclərini müəyyən həddə qədər araıtmağa imkan verir.
Ancaq o vurğulayıb ki,gələn ilin büdcəsi bu ilin büdcədən xeyli artıq planlaşdırılır. Bu, hökumətdən ötrü ən önəmli məqamlardan biridir:

“Əhalidə belə bir fikir formalaşdırırlar ki, iqtisadi durum sabitdir və artıma nail olunur. İldən ilə də büdcəmiz böyüyür”

“ Neftin qiyməti nəzərə alınıb...”

A.Mehdiyev hesab edir ki, gələn iləproqnozlaşdırılan büdcə 2013-cü ilin büdcəsi səviyyəsindədir.

“ Ancaq bu yalnız manatın nominal alıcılıq qabiliyyətində belədir. Real dollar ifadəsində büdcənin həcminin 2013-cü illə müqayisədə aşağı olması görünür.

Foto arxiv
Foto arxiv

2018-ci ildə də büdcədə artımın yenə neftin qiyməti nəzərə alınmaqla həyata keçirilir. Bu il neftin qiyməti 40, gələn il üçün 45 dollardan götürülürsə, deməli, büdcədə ciddi addımları proqnozlaşdlrmağa imkan verir. Ancaq ötən illərin təcrübəsi başqa mənzərəni doğurur, Azərbaycanda qeyri-neft sektorunun inkişafından nə qədər çox danışılsa da, bu istiqamətdə atılan addımlar özfəaliyyət xarakteri daşıyır. Əsasən də nümayiş xatirinə həyata keçirilən işlərdir... Ona görə orta və uzunmüddətli dövr üçün islahatların gerçəkləşməsi, sahibkarlıq mühitinin formalaşması çox önəmlidir”,-deyə Mehtiyev fikrini yekunlaşdırıb.

Buna da bax: Dövlət büdcəsində yarım milyarda yaxın kəsir...​

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 57 dollardan yüksək satılır.

Ancaq bu il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 mlrd. 766 mln. manata çatdırıblar. Xərclər isə 1 milyard 41 mln. manat artırılıb.

XS
SM
MD
LG