Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Quterreş ‘qələbəsi mümkünsüz’ müharibəni dayandırmağa çağırır


Mariupol
Mariupol

BMT baş katibi: "Ukraynada müharibənin davam etdirilməsi mənəvi baxımdan qəbuledilməzdir, siyasi baxımdan haqq qazandırılmazdır və hərbi baxımdan mənasızdır”

BMT-nin baş katibi Antonio Quterreş martın 22-də Rusiyanın Ukraynaya qarşı başlatdığı “absurd müharibəyə” son qoyulmasına çağırıb və münaqişəni “qələbəsi mümkün olmayan” müharibə adlandırıb:

"Ukraynada müharibənin davam etdirilməsi mənəvi baxımdan qəbuledilməzdir, siyasi baxımdan haqq qazandırılmazdır və hərbi baxımdan mənasızdır”.

Rusiyanın qonşusu Ukraynaya əsassız və səbəbsiz hücumundan dörd həftədən də çox vaxr keçməsinə baxmayaraq Rusiya qoşunları ölkənin heç bir böyük şəhərini ələ keçirə bilməyib.

Ukrayna prezidenti Volodimir Zelenski bu arada deyib ki, onun ölkəsi “məhv edilmənin astanasındadır”.

Lap Mariupol süqut etsə də...

Yer üstündə Ukrayna ordusunun qızğın müqaviməti ilə üzləşən və heç bir üstünlüyə malik ola bilməyən işğalçılar Ukrayna şəhərlərini havadan bombardman edir və insan qırğınları törədirlər.

Hazırda ən şiddətli döyüşlər ölkənin cənubundakı Mariupolda gedir.

Rusiya bu şəhəri ələ keçirməklə 2014-cü ildə ilhaq etdiyi Krımla Rusiya ərazisi arasında birbaşa əlaqə yaratmağa çalışır.

Antonio Quterreş jurnalistlərlə söhbəti zamanı deyib:

"Lap Mariupol süqut etsə də, Ukrayna şəhərbəşəhər, küçəbəküçə, evbəev fəth oluna bilməz. Bu müharibə qələbəsizdir. Tez ya gec döyüş meydanından sülh masasına əyləşmək lazım gələcək…Bu absurd müharibəyə son qoymağın vaxtıdır”.

Zelenski Ukraynanın varlığına təhlükə olduğunu deyir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin varlığına təhlükə olduğunu deyir. Rusiya qüvvələri artıq dörd həftədir ölkədə vacib infrastrukturu və mülki hədəfləri vurur.

“Rusiya əsgərləri üçün Ukrayna Avropanın qapısıdır, bu qapını sındırıb içəri girmək istəyirlər, amma barbarlığa yol vermək olmaz”, – Zelenski İtaliya deputatları qarşısında videoəlaqə vasitəsilə çıxışında deyib.

“Biz sağ qalıb-qalmamağın astanasındayıq”, – o, sözlərinə əlavə edib.

Zelenskinin çıxışından sonra İtaliyanın Baş naziri Mario Draqi Ukraynanı “qəhrəmancasına” dirənişinə görə təqdir edib, Rusiyanın hərəkətlərini pisləyib.

Borispolun meri sakinləri təxliyəyə çağırır

Borispol şəhərinin meri sakinlərə şəhərdən çıxmağı tövsiyə edib. Bu şəhər paytaxt Kiyev yaxınlığındakı Borispol Beynəlxalq Aeroportuna yaxındır.

Mer Volodimir Borisenko martın 22-də Facebook-da videomüraciətində deyib ki, “hazırda şəhər ətrafında döyüş getdiyi bir vaxtda şəhərdə qalmağa ehtiyac yoxdur”.

“Dinc əhalini cəld tərpənməyə, çağrı mərkəzilə əlaqə saxlamağa, imkan yaranan kimi şəhərdən çıxmağa çağırıram”, – o müraciətində deyib.

Ukrayna Müdafiə Nazirliyinin martın 22-də səhər bildirdiyinə görə, Ukrayna əsgərləri ağır döyüşdən sonra Rusiya qüvvələrini Kiyev yaxınlığındakı Makarovdan çıxarıblar.

Rusiya əsgərləri Kiyevi mühasirəyə almağa çalışır, şəhər mərkəzinə istiqamətlənirlər.

Ukraynanın ən böyük aeroportu olan Borispol Beynəlxalq Aeroportu Kiyevdən 29 km şərqdə yerləşir.

***

Rusiyanın Ukraynaya qarşı müharibəsi bir aya yaxınlaşır, strateji Mariupol şəhərində ağır döyüşlərin getdiyi bildirilir. Martın 22-də ukraynalılar şəhərin müdafiəsini davam etdiriblər.

Prezident Volodimir Zelenski Ukraynanın təslim etməklə bağlı Rusiyanın ultimatumunu rədd edib.

Azı 2300 nəfər ölüb

Zelenski martın 22-də İtaliya parlamentinə videomüraciət edəcək. İndiyədək o, ABŞ, Kanada, Almaniya və İsrailin qanunverici orqanlarında oxşar çıxışlar edib, Rusiya əsgərlərinə qarşı döyüşlərdə daha çox yardım istəyib.

Rusiya Mariupolu ələ keçirməklə 2014-cü ildə ilhaq etdiyi Krımla Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazi arasında əlaqə yaratmağa çalışır. Müharibəyə qədər 400 min əhalisi olan Mariupolda son iki həftədə su, ərzaq, yanacaq olmadığı bildirilir.

Yerli orqanlar Mariupolda azı 2300 nəfərin öldüyünü və kütləvi məzarlıqlarda basdırıldığını deyirlər.

Moskva kimyəvi silaha əl atarsa...

ABŞ Prezidenti Co Bayden martın 21-də bir qrup biznes lideri qarşısında çıxışında deyib ki, Rusiya gözlədiyindən qat-qat artıq müqavimətlə üzləşib.

“Onun arxası divara dirənib”, – Bayden rusiyalə həmkarı Vladimir Putin barədə belə deyib. Onun sözlərinə görə, Moskva kimyəvi silaha əl atarsa, “ağır” nəticələrlə üzləşər.

Paytaxt Kiyevə havadan zərbələr gözlənildiyindən mer Vitali Kliçko martın 21-də axşam 8-dən 35 saatlıq komendant saatı tətbiq edib.

Avropa rəsmiləri Mariupolda faciəvi vəziyyət yarandığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Fevralın 24-də Ukraynanı işğal edən Rusiya sərt müqavimətlə, Qərbin ağır sanksiyaları ilə üzləşib.

Qeyri-hərbi obyektlərə hücumlarla bağlı dəlillərə baxmayaraq, Rusiya mülki hədəfləri vurmadığını bildirir.

BMT-nin miqrasiya agentliyi 6.5 milyona yaxın ukraynalının evindən didərgin düşdüyünü deyir. 3.5 milyonadək ukraynalı isə qonşu ölkələrə, əsasən də NATO və Avropa İttifaqı üzvü Polşaya qaçıb.

XS
SM
MD
LG