Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:50

Metroda yenidən gediş haqqı arta bilərmi?


Bakıda 8 ilə 50 metro stansiyası tikiləcək? 'Bu, mümkün deyil'
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

Bakıda 8 ilə 50 metro stansiyası tikiləcək? 'Bu, mümkün deyil'

Metroda gediş haqqı tariflərini təsdiqləmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Yeni fermanla nazirliyə tapşırılıb ki, tarifləri, xidmət haqlarını İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, altı aya təsdiq edib prezidentə məlumat versin.

Noyabrın 1-də "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a bildirib ki, bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpiyə başa gəlib: "2023-cü ildə tariflərə də yenidən baxıldı və bir gediş haqqı 40 qəpiyə təyin olundu... 2018-ci ilin hesabatına əsasən, bir sərnişinin maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi...".

Metronun qiyməti elə bu il artıb

Hazırda sosial şəbəkələrdə tez-tez belə bir suala rast gəlmək mümkündür: Metroda yenidən gediş haqqı bahalaşa bilərmi?

Azərbaycanda metroda gediş haqqı bu ilin fevralında 30 qəpikdən 40 qəpiyə qaldırılıb.

V.Əhmədov
V.Əhmədov

Deputat yaxında gediş haqqının artacağına inanmır

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə danışmaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, qiymət mexanizminin hansı quruma verilməsindən asılı olmayaraq insanların sosial vəziyyəti nəzərə alınmalıdır: "Ancaq əgər bizdə inflyasiya gedirsə, ciddi qiymət artımı varsa, metroda qiymətlər buna uyğunlaşdırılmalıdır".

O, yaxın müddətdə metroda gediş haqqının artacağına inanmadığını bildirib: "Bakı Metropoliteninə dövlət büdcəsindən müəyyən dotasiyalar verilir. Amma son vaxtlar hökumətin apardığı siyasət ondan ibarətdir ki, çalışırlar dotasiyalardan yavaş-yavaş uzaqlaşsınlar. Mən də onun tərəfdarıyam ki, qiymətlə əlaqəli hər bir təşkilat özü-özünü maliyyələşdirsə, daha yaxşı olar. Onda qiymət artımına ehtiyac qalmayacaq".

N.Cəfərli
N.Cəfərli

"Bunu hansı düsturlarla hesablayıblar?"

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, mahiyyət olaraq vəziyyət dəyişmir: "Əksinə, nazirlik daha tez və çevik qiymət artıra bilər".

Maya dəyəri məsələsinə gəlincə, iqtisadçının sözlərinə görə, köhnə və yeni rəhbərlik dəfələrlə sərnişinin daşınması qiyməti məsələsini qaldırıb, indi də bunun 68 qəpik olduğunu deyirlər: "Bunu isə necə hesabladıqları barədə ictimaiyyətə heç bir məlumat vermirlər. Bunu hansı düsturlarla hesablayıblar? Maya dəyərinin hesablanmasının qaydaları var. Necə ola bilər ki, bir sərnişin bir stansiya gedəndə də, 10 stansiya gedəndə də 68 qəpik olsun? Deməli, burada nəsə uyğunsuzluq var. Əgər ortalama götürürlərsə, bu da doğru deyil, çünki qiymət məsafə və zamana görə hesablanmalıdır".

Cəfərli hesab edir ki, Azərbaycanda bu yanaşma dəyişməlidir: "Azərbaycanda, bütün dünyadakı kimi, zamana görə, əhali kateqoriyasına görə ödəniş sisteminə keçmək lazımdır. Avropada bir saatlıq, üç saatlıq, bir aylıq, tələbələr üçün 6-12 aylıq bilet növləri var. Nə qədər uzunmüddətli bilet alırsan, o qədər də qənaət edirsən. Bizdə də tələbələr, təqaüdçülər üçün belə güzəştli kartlar olmalıdır".

Maya dəyərinin necə hasablanması və yazıda səslənən başqa fikirlərlə bağlı Bakı Metropoliteni ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG