Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:43

Misir prezidenti regionu saatlı bombaya bənzədir


Misir prezidenti Əbdülfəttah əl-Sisi şənbə günkü çıxışında Qəzza zolağında baş verənlərlə bağlı xəbərdarlıq edərək, bütün regionu saatlı bombaya bənzədib.

Bu həftənin cümə günü Misir rəsmiləri Yəməndə İran tərəfindən dəstəklənən Huti qruplaşmalarının atdığı bir neçə dronu zərərsizləşdirdiklərini açıqlayıb.

Cümə günü Misirin şimal sərhədində çox sayda sayda insanın yaralanmasına səbəb olan bir neçə dron və raket hücumlarından sonra ölkə prezidenti Sisi şənbə günü təxminən üç həftədir davam edən Qəzza münaqişəsinin Misir də daxil olmaqla regionun digər hissələrinə yayılmaması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Misir ilk dəfədir ki, Yəməndəki Husi qruplaşmasının ölkəsinə dron hücumu etdiyini açıqlayır

İranlı nazir İsrailə xəbərdarlıq edir

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian isə şənbə günü mətbuata verdiyi açıqlamada İsrailin Qəzza bölgəsindəki əməliyyatlarını intensivləşdirəcəyi təqdirdə "İran və mütəffiqlərinin hərəkətə keçəcəyi" barədə xəbərdarlıq edib.

Əmir-Abdullahian açıqlamasında İranın müttəfiqlərinə "yetərli qədər roket və dron" verə biləcəklərini də qeyd edib.

Əmir-Abdullahian həmçinin tərəfləri Qəzzada "dərhal atəşkəs"-ə çağırıb və BMT-nin Baş katibi Antonio Quterresin "siyasi həll yolu tapmaq" üçün bölgəyə səfər etməyi planlaşdırdığını qeyd edib.

"Misir fələstinlilərin köçündən narahatdır"

Fransanın Paris Universitetində siyasi elmlər üzrə dərs deyən Xattar Əbu-Diab VOAnews'ə müsahibəsində deyib ki, Misir və regiondakı digər ölkələr Sinayın şimalına hücumlar kimi daxili və xarici təhdidləri nəzərə alaraq öz milli təhlükəsizliklərindən daha çox narahat olurlar.

Əbu-Diab müsahibəsində deyir ki, Misir 1948-ci ildən 1967-ci ilə qədər Qəzza zolağına nəzarət edib və uzun müddət həm Qəzzadan, həm də Sinayın şimal bölgəsində İslam ekstremizmi ilə mübarizə aparıb. Onun sözlərinə görə, Misir "öz təhlükəsizliyini qorumaq üçün fələstinlilərin Sinaya bölgəsinə köçürülməsini dayandırmağa hazırdır."

XS
SM
MD
LG