Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:19

Müəllimlərin işə qəbulu ilə bağlı: 'Proses bazara döndərilib'


Müəllimlərin işə qəbulu imtahanı
Müəllimlərin işə qəbulu imtahanı

Müəllimlərin işə qəbulunun (MİQ) elektron qaydada həyata keçirildiyi miq.edu.az portalının vakansiya seçimi ərəfəsində gecə saatlarında çökdüyü deyilir. İmtahanlar iyulun 14-də başlayıb, 22-də qurtarıb. Bəzi şikayətlərə görə, bununla kimlərsə öz namizədlərini daha uyğun yerdə yerləşdirməyə çalışıblar. Bundan bir müddət əvvəl də riyaziyyat üzrə test tapşırıqlarının suallarının öncədən ötürülməsi iddiası ilə bağlı qalmaqal yaşanmışdı.

K.Əsədov
K.Əsədov

"Ora ciddi şəkildə kənar müdaxilə var"

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov AzadlıqRadiosuna deyib ki, Azərbaycanda müəllimlərin işə qəbulu prosesi 2009-cu ildən etibarən şəffaf keçirilib. Onun sözlərinə görə, son iki il ərzində müəllimlərin işə qəbulunda ciddi problemlər ortaya çıxıb: "Bu, suallarla bağlıdır, texniki problemləri də biz müşahidə edirik. Bütün bunlar onu göstərir ki, ora ciddi şəkildə kənar müdaxilə var. Məsələn, burada sualları yazan şəxslər birbaşa imtahan təşkilində iştirak edirlər".

Ekspertin vurğulamasına görə, Elm və Təhsil Nazirliyi özü imtahanları birbaşa keçirə bilmir, əvəzində bunu müqavilə əsasında hansısa müəllimlərə həvalə edirlər: "Burada birmənalı şəkildə proses bazara döndərilib".

K.Əsədovun fikrincə, neqativ proseslərin qarşısını almaq üçün müəllimlərin işə qəbulunu Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə etmək lazımdır.

"Yüklənmə nəticəsində yaranan problem…"

Narazılıqla bağlı MİQ imtahanlarının konkret təşkilatçıları ilə danışmaq mümkün olmayıb.

'Hamı bilir ki, direktorlar vakant yerləri gizləyib pulla satır'
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Amma prosesə cavabdeh Elm və Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, avqustun 4-dən başlanılan vakansiya seçimi avqustun 8-i saat 11:00-da yekunlaşıb. Nazirlikdən bildirildiyinə görə, bununla əlaqədar namizədlərin saat 00:00-dan sonra miq.edu.az-da daha aktiv olması və serverlərdə müvafiq işlərin aparılması sistemdə yüklənməyə səbəb olub: "Yüklənmə nəticəsində yaranan problem saat 02:41-də aradan qaldırılıb. Vətəndaşların müraciətlərində heç bir dəyişiklik faktı qeydə alınmayıb. Bununla yanaşı, vakansiya seçimi prosesi üçün namizədlərə əlavə 3 saat vaxt verilib".

"Müəllimlik rəqabətli peşəyə çevrilib"

Qeyd edilib ki, son illərdə MİQ müsabiqəsində rekord sayda iştirakçı var və bu, müəllim peşəsinin nə qədər rəqabətli olduğunu göstərir: "Müəllimlik kifayət qədər rəqabətli bir peşə sahəsinə çevrilib. Rəqabət olan yerdə inkişaf olur. Eyni zamanda, bu, həmin insanların müəllimlərin işə qəbulu müsabiqəsinə inamını göstərir".

XS
SM
MD
LG