Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:31

Müsavat başqanından prezidentə sərt tənqid


Arif Hacılı
Arif Hacılı

-

«Azərbaycan ordusu fədakarlıq göstərərək aprelin əvvəlində uğurlu hərbi əməliyyatlar keçirsə də, ölkə başçısı İlham Əliyev Vyana və Sankt-Peterburq görüşlərində bu uğurdan yararlana bilməyib. Azərbaycanın üstün mövqeyini əldən verib».

Bunu Müsavat Partiyasının iyunun 25-də keçirilən sessiyasında bu partiyanın başqanı Arif Hacılı deyib.

A.Hacılı ölkə başçısının münaqişənin həlli ilə bağlı addımlarını sərt tənqid edib.

«İlham Əliyev deyir ki, 20 ildir boş danışıqlar aparırıq. Əslində, Əliyev hakimiyyəti – əvvəlcə Heydər Əliyev, sonra isə İlham Əliyev 23 ildir boş danışıqlar aparırlar. İlham Əliyev boş danışıqlar aparmamalıdır. Çünki torpaqlarımızın işğal altında qalmasına görə bu gün ölkə başçısı və ali baş komandan olaraq, hamıdan çox məsuliyyət daşıyır», – Arif Hacılı deyib.

A.Hacılı qeyd edib ki, hakimiyyət nəinki Qarabağ problemini həll etməyib, ölkəni bütün sahələrdə dərin böhrana sürükləyib.

Qarabağ cəbhəsində bu il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar keçirilib. Azərbaycan ordusunun bir neçə strateji yüksəklikləri azad etdiyi bildirilir. Hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

İyunun 20-də isə Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşü olub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

XS
SM
MD
LG