Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:14

Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'


Milli Şuranın mitinqində şuarlardan biri, 7Okt2017
Milli Şuranın mitinqində şuarlardan biri, 7Okt2017

“Rəqəmlər onu göstərir ki, biznesə təzyiq artmaqda davam edir. Təbii ki, büdcə gəlirləri azaldıqca qeyri-neft sektorunda çalışan sahibkarlara, iş adamlarına vergi ödənişləri ilə bağlı obyektiv təzyiqlər var”.

Keçmiş deputat Nazim Bəydəmirli ölkədəki iqtisadi durum və islahatlar barədə açıqlamasında belə deyib.

Ekspertin fikrincə, iki ilə yaxındır həm lisenziyaların verilməsi ilə bağlı olan məhdudiyyət aradan götürülüb, həm də lisenziyaların müddətsiz verilməsinə başlanıb.

Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]

“Bu, bir çox sahələrdə də baş verdi. Həm də dövlətin kənd təsərrüfatına, qeyri-neft sektoruna dəstəyi nümayiş olundu. Dövlət tərəfindən investisiyalar yatırıldı. Bu, hər halda sahibkarlığa müsbət təsir göstərib”.

Problemlərə toxunan N.Bəydəmirli vurğulayıb ki, insanların gəlirləri azalıb.

“İstehlak qiymətlərinin artması vətəndaşların vəziyyətinə mənfi təsir göstərməkdə davam edir. Hökumətin əlində olan vasitələr (sosial müavinətlə bağlı) məhdudlaşdırıldığından, azad sahibkarlıq da bundan əziyyət çəkir. Ona görə, hesab edirəm ki, kardinal islahatlar aparılmalıdır”, – o, qeyd edib.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

“Yol xəritələrinin həyatımızda dəyişiklik edəcəyinə...”

Ekspertin fikrincə, hökumətin elan etdiyi Strateji Yol Xəritələri bəzi hallarda çox gec yerinə yetirilir.

“Bu proqramların 2020-ci ilədək həyata keçirilməsi nəzərdə tutulur. Müxtəlif prioritet istiqamətlər üzrə vəsaitlərin yerləşdirilməsi, həm də nəticəliyə yönəlmiş köklü dəyişikliklərin olduğu deyilir. Ancaq bəzi hallarda onlar heç 10 faiz də yerinə yetirilmir”, – deyən ekspert yol xəritələrinin gec icra olunmasının səbəblərinə də toxunub.

“Yol xəritələrini işləyən insanlar bürokratik aparatdan gəliblər. Onların əksəriyyəti islahatdan çox müxtəlif söz yığınından ibarət olan sənədlər hazırlamağa daha meylidirlər. Bu Strateji Yol Xəritələrinin iqtisadi həyatımızda bir dəyişiklik edəcəyinə çox pessimist yanaşıram”.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Nazim Bəydəmirli ölkədə yaradılan yeni iş yerləri ilə bağlı məlumatları da şübhə altına alıb.

“İş yerləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin 9 ayının yekunları ilə bağlı açıqladığı rəqəmlər məndə çox şübhə doğurur. Çünki sığorta olunan vətəndaşlarımızın 3 milyon 528 min olduğu açıqlanır. Eyni zamanda, sığorta haqlarının yığımı ilə bağlı açıqlanan rəqəmləri bundan öncəki rəqəmlərlə müqayisə etsək, bu, təqribən 850 min vətəndaşı əhatə edir. Söhbət qeyri-neft sektorundan gedir. Baxmayaraq ki, 3 milyon 528 min nəfərin 65 faizi qeyri-büdcə sektorunda işləyir. O zaman bugünki gündə verilən pensiya ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqladığı rəqəm 204 manat olmamalı idi. Bu rəqəm təqribən iki dəfə yüksək olmalı idi. Bu, öz-özlüyündə həmin rəqəmləri təkzib edir. Ona görə, həm işsizliklə, həm sosial sığorta haqqı ödəyənlərlə, həm də gəlirlərlə bağlı rəqəmlərə çox ciddi şübhə ilə yanaşıram", – deyə o qeyd edib.

Ötən il ölkədə iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid Strateji Yol Xəritələri qəbul edilib.

XS
SM
MD
LG