Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:52

Keçmiş deputat Nazim Bəydəmirli 4 aylıq həbs olunub


Nazim Bəydəmirli, 23 fevral 2012
Nazim Bəydəmirli, 23 fevral 2012

Nərimanov Rayon Məhkəməsi keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 182.2.4 maddəsi - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə ittihamı ilə həb edilib. Bu maddə ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulub.

İş adamı Nazim Bəydəmirli məhkəmədə bildirib ki, ittiham qondarmadır, heç bir əsası yoxdur. O bildirib ki, zəzərçəkmiş şəxs qismində şikayət verən vətəndaşla eyni şirkətdə payçılardan biri olub.

Bəydəmirli vurğulayıb ki, şikayətçi özü olduğu halda, onu çağırıb təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb ediblər. Vəkil Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Vəkil Aqil Layıc qeyd edir ki, Nazim Bəydəmirli iyunun 20-21-də Gədəbəyin Söyüdlü kəndində baş verən polis zorakılığına qarşı etiraz etdiyindən həbs olunub.

Söyüdlü sakinləri kənddə ikinci tullantı gölünün yaradılmasına etiraz edirdilər. Hökumət göldə monitorinq aparıb insanlara narahat olmamağı tövsiyə edib. Etirazlardan sonra kəndə polis qüvvələri gətirilib. Kəndin girişinə 10 gündən çoxdur polis postu qoyulub.

Bundan əvvəl

İqtisadçı, keçmiş deputat Nazim Məmmədovun (Bəydəmirli) saxlandığı bildirilir.

Bu barədə Turana onun vəkili Aqil Layıc məlumat verib.

A.Layıcın sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şübhəli şəxs qismində saxlanılıb. Vəkil qeyd etdi ki, N.Bəydəmirli ona zəng vuraraq Gədəbəyin Söyüdkü kəndində baş verən hadisələrə görə şübhəli şəxs qismində saxlanıldığı dedi.

N.Bəydəmirlinin yaxınları isə Turana bildirib ki, rəsmi ittihama görə o, səhmdarı payçısı olduğu şirkətdən pul tələb etməkdə günahlandırır. Lakin onların fikrincə həbsin əsl səbəbi Söyüdlü kəndində baş verənlərlə bağlı N.Bəydəmirlinin tutduğu prinsipial mövqeyidir.

Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: "Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib".

XS
SM
MD
LG