Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:16

Bə Vircin adaları?


Azərbaycan prezidenti Panama Papers hesabatında...
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Azərbaycan prezidenti Panama Papers hesabatında...

►Bəzi ofşorlar Azərbaycanda «qara siyahı»ya salınıb.

Marşal, Cersi, Men, Kayman və Britaniyanın Virgin adaları, eləcə də Kipr və Malta kimi ofşor bölgələr bu siyahıdan kənarda qalıb

Nazirlər Kabineti Azərbaycanda qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcək şirkətlərin qeydiyyata alındığı ofşor zonaların siyahısını təsdiqləyib.

Siyahıya Panama, Seyşel adaları, Baham adaları düşsə də, Kayman, Men adaları, Britaniyanın Virgin adaları kimi bir çox «vergi cənnətləri»nə rast gəlinmir.

17 ofşora «qırmışı işıq»

Hökumətin qərarına əsasən, aşağıda adları qeyd olunan 17 ofşor bölgədə yaradılan şirkətlər qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcəklər: Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu və ABŞ Virgin adaları.

Maraqlıdır ki, Marşal, Cersi, Men, Kayman və Britaniyanın Virgin adaları, eləcə də Kipr və Malta kimi təsisçiləri və kapitalının mənşəyi haqda bilgiləri tam və ya qismən gizli saxlayacağına təminat verən ofşor bölgələr bu siyahıdan kənarda qalıb.

Rəyi soruşulan hüquqşünaslar AzadlıqRadiosu-na deyiblər ki, hökumətin bu siyahını tərtib edərkən, hansı meyarları əsas götürdüyü bilinmir.

«Britaniyanın Virgin adaları ən sərfəlilərdən sayılır»

Hüquqşünas Allahverən Oruclu deyir ki, obyektiv dəyərləndirmə üçün bu ölkələrin hər birinin yerli qanunlarının verdiyi imtiyazların həcminə və hesabatlılıq tələblərinə baxmaq lazımdır:

«Amma ofşorlardakı bu tələblərin çoxu, aşağı-yuxarı, eynidir. Hətta Britaniyanın Virgin adaları ən sərfəlilərdən sayılır. Bu baxımdan onun siyahıda olmaması təəccüb doğurur».

Başqa bir hüquqşünas - Nəzakət Əhmədova xaricdə belə siyahılar hazırlanarkən, ölkələrin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Ümumi Hesabatlılıq Standartına qoşulub-qoşulmamasından asılı olaraq, bölgü aparıldığını deyir:

«Amma bu siyahı uyğun gəlmir, çünki qarışıqdır. Güman ki, hansısa natamam və köhnəlmiş siyahı əsas götürülüb və bir neçə meyar qarışdırılıb. Siyahıdakıların bir çoxu ucuz «sərmayə qarşılığında vətəndaşlıq» imkanları təklif edir».

İqtisadçı: «Hökumət bütün qapıları bağlaya bilməz ki…»

İqtisadçı Fariz Hüseynli isə düşünür ki, hökumət indiki iqtisadi böhran şəraitində bütün «qapıları bağlamaq» istəməyib:

«Vergi güzəştləri təqdim edən ölkələrin hamısını «qara siyahıya» salmaq, düşünürəm ki, bir qədər çətin qərar olardı. Hökumət xaricdən investor cəlb etmək istəyirsə, qadaga siyahısını genişləndirmək investorların sayını azalda bilər. Digər tərəfdən, bu məsələdə hökumətdə «kimlərinsə» müəyyən ofşorların siyahıdan kənarda saxlanmasına lobbiçilik etdiyini də diqqətdən qaçırmaq olmaz».

Britaniyanın Virgin adalarından gələnlər

Vergilər Nazirliyinin məlumatına görə, Azərbaycanda Britaniyanın Virgin adalarında yaradılmış çox sayda şirkətin («Capital Consalt Isteblishment Limited», «Dington Holding S.A.», «Eska Limited», «Caspian Wireline Services ltd», «Azerbaijan Marketing & Trading Company Limited», «Sooner Gobustan Petroleum Company ltd» və s.) filial və nümayəndəlikləri qeydiyyatdan keçib.

«Panama Papers» sənədlərindəki azərbaycanlılar

«Vergi cənnətləri»nin xidmətlərindən Azərbaycan vətəndaşlarının da gen-bol yararlandığı məlumdur.

Bir çox hallarda sözügedən bölgələrdə qurulan Azərbaycan kapitallı şirkətlər sonradan «xarici sərmayədar» qiyafəsində ölkəyə qayıdırlar.

Ötən il internetdə yayılmış «Panama Papers» sənədlərində bir çox azərbaycanlının, eləcə də prezident İlham Əliyevin ailə üzvlərinin bu ofşor bölgədə qurduğu şirkətlər haqqında bilgilər açıqlanmışdı.

İnvestisiya fondları yaradılır

Yaxın vaxtlarda Azərbaycanda investisiya şirkətlərinin yaradılacağı gözlənilir.

«Gilan Holding»ə bağlı «AzFinance İnvestisiya Şirkəti» 2017-ci ildə bir neçə investisiya fondu qurmaq planlarını elan edib. Ekspertlər deyirlər ki, hökumətin siyahı hazırlaması bu məsələdən qaynaqlanır.

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)
Gözlə

No media source currently available

0:00 0:10:10 0:00

XS
SM
MD
LG