Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:03

Azərbaycanın məşhur holdinqləri hərəyə bir yeni şirkət qurub


Vergilər nazirliyi, Bakı
Vergilər nazirliyi, Bakı

Yeni açılan şirkətlərin hər biri 100 manat sərmayədən başlayır

«Paşa Holding», «Gilan Holding», «Synergy Group» və «Akkord» yeni şirkətlər qurublar. Açılan şirkətlərin hər birinin kapitalına 100 manat qoyulub.

«Paşa» - qonaqpərvərlik şirkəti

Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz​

Vergilər Nazirliyi açıqlayıb ki, «Paşa Holding» şirkətlər qrupunun otelçilik və restoran biznesinə rəhbərlik edən Vüqar Rəhmətovun başçılığı ilə daha bir şirkət – «Baku Hospitality» MMC yaradılıb.

«Gilan» - ticarət şirkəti

Buna da bax: Gilan Holding-in çoxuşaqlı “qızı” [Interaktiv xəritə]​

«Gilan Holding» yeni beynəlxalq ticarət şirkətini «Azinternational Trade Circle» adlandırıb. Şirkətə qrupun başçısı Cəmil Muradovun özü rəhbərlik edir.

Synergy Group
Synergy Group

«Synergy» - sənaye müəssisəsi

Buna da bax: «Synergy Group» zərərlə işləyə-işləyə böyüyür

İstehsal və digər sahələrdə çalışan «Synergy Group» MMC yeni şirkətinə «Turmalin» adı verib (Azərbaycanda «ləl» adıyla tanınır. «Turmalin» adı sinqal dilindəki«turamali» və ya «toramalli» sözündən götürülüb. Şri-Lankada – keçmiş Seylonda bir çox qiymətli daşa o adla tanıyırlar.XIV əsrədək turmalinin qırmızıya çalan bütün çeşidləri «ləl» adlanırdı – red.). Azqiymətli mineral daşlardan sayılan turmalinin Gədəbəydə yataqları tapılıb. Qrupun Müşahidə Şurası sədrinin müavini Fərid Hüseynovun direktoru olduğu bu şirkətin hasilat sənayesi ilə məşğul olacağı güman edilir.

Buna da bax: Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı

«Akkord» - tikinti şirkəti

«Akkord» korporasiyası Türkiyənin «Çakır Yapı Sanayi ve Ticaret A.Ş» ilə «Akkord və Çakır Yapı Birgə Müəssisəsi» MMC təsis edib. Bu şirkət artıq ilk beynəlxalq layihədə qalib gəlib. Ukrayna mediası (https://goo.gl/KJW34w) yazır ki, birgə müəssisə Kiyev-Çerniqov-Novıye Yariloviçi avtomobil yolunun təmiri məqsədilə keçirilmiş tenderin qalibi olub. Ukrayna Avtomobil Yolları Dövlət Agentliyinin beynəlxalq maliyyə hesabına gerçəkləşdirdiyi bu layihənin dəyəri 109,2 milyon avrodur.

XS
SM
MD
LG