Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:46

Putin Paşinyanla sanksiyaları, Türkiyəni, Azərbaycanı müzakirə edib


Paşinyanla Putinin görüşü başlayıb, Moskva Qarabağda sülh prosesinə nə əlavə edir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Paşinyanla Putinin görüşü başlayıb, Moskva Qarabağda sülh prosesinə nə əlavə edir?

Paşinyan aprelin 19-da Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun aprelin 19-da xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Novo-Oqoryovoda keçirdikləri görüşdə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşdırılması üçün Moskva, Yerevan və Bakı arasında əlaqələri aktivləşdirmək barədə razılığa gəliblər.

İki lider arasında imzalanmış sənəddə deyilir:

“Tərəflər 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarına uyğun olaraq və tərəflərin müraciəti əsasında Rusiya Federasiyasının məslətçi dəstəyi ilə delimitasiya və Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyi məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasının sürətləndirilməsi barədə razılığa gəliblər”.

Kollektiv təhlükəsizlik, Avrasiya İttifaqı, MDB

Bundan başqa tərəflər habelə kollektiv təhlükəsizliyin, o cümlədən ODKB sülhməramlı qüvvələrinin potensial gücünün və vasitələrinin artırılması barədə razılaşma əldə ediblər. Məlumatda deyilir:

“Tərəflər regional təhlükəsizliyin təmin olunmasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) aparıcı rolunu təsdiqləyərək və Ermənistanın bu təşkilatdakı hazırkı sədrliyini nəzərə alaraq kollektiv təhlükəsizliyin, o cümlədən ODKB sülhməramlı qüvvələrinin potensial gücünün və vasitələrinin artırılması səylərinin aktivləşdirilməsi, Təşkilatın böhranlara reaksiya mexamiznlərinin təkmilləşdirilməsi və ODKB daxilində koordinasiyanın sıxlaşdırılması və partnyorluq əlaqələrinin genişləndirilməsi barədə də razılığa gəliblər”.

Azatutyun yazır ki, iki lider, ölkələri arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.

Sənəddə deyilir ki, Putin və Paşinyan Rusiya və Ermənistan ərazisindən üçüncü ölkələrin Yerevan və ya Moskvanın maraqları əleyhinə istifadəsinə yol verilməyəcəyini təsdiqləyiblər.

Bu da qeyd olunur ki, Putin və Paşinyan Avrasiya İqtisadi İttifaqı çərçivəsində məhdudiyyətsiz daxili bazarın yaradılması və milli valyutalararla ödənişlərin artırılması da daxil inteqrasiyanın gücləndirilməsinə dair razılığa gəliblər.

Tərəflər habelə MDB daxilində də inteqrasiyanın gücləndirilməsinin mühümlüyünü qeyd ediblər.

“Ümumi keçmiş”

Tərəflərin birgə bəyanatında Rusiyaya qarşı sanksiyalar məsələsinə də üstüörtülü toxunulur:

“Putin və Paşinyan bir sıra ölkələrin birtərəfli məhdudlaşdırıcı tədbirləri ilə bağlı narahatlıq ifadə ediblər. Onlar, ərzaq və enerji təhlükəsizliyi, logistika da daxil bu tədbirlərin yaratdığı çətinliklərə birgə üstün gəlmək niyyətlərini ifadə ediblər”.

Azatutyun yazır ki, iki lider habelə neonasizm və diskriminasiyaya qarşı mübarizəni müzakirə ediblər:

Sənəddə deyilir:

“Tərəflər ümumi keçmişə vahid yanaşmanı saxlayaraq, II Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasına və tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq niyyətini ifadə ediblər. Onlar rasizmin, ksenofobiyanın, neonasizmin, habelə milli, dil və dini əlamətə görə, o cümlədən Rusiya və Ermənistanda yaşayan vətəndaş və həmvətənlərin hüquqlarına və qanuni maraqlarına toxunan diskriminasiyanın bütün təzahürlərini dəf etmək səylərinin artırılması barədə razılığa gəliblər”.

Sanksiyalardan yan keçmək cəhdi?

Azatutyun yazır ki, bu görüşdə Yerevan və Ankara arasında münasibətlərin normallaşdırılmasından da söhbət gedib.

Məlumatda deyilir ki, Putin və Paşinyan “Ermənistan və Türkiyə arasında Rusiyanın təşəbbüsü ilə başlanmış normallaşma prosesini alqışlayıblar”.

Ura.ru saytı yazır ki, bir sıra ekspertlərin fikrincə Vladimir Putin əslində Nikol Paşinyanla görüşündə Qərb sanksiyalarından yayınmanın vasitələrindən birini müzakirə edib.

Ekspertlər düşünürlıər ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi Rusiyaya mühüm nəqliyyat yollarına çıxmaq və dağılmış logistika əlaqələrini bərpa etmək imkanı verməlidir.

Ermənistan baş naziri Putini bu ilin ikinci yarısında ODKB-nin Yerevanda keçiriləcək sessiyası ilə bağlı Ermənistana dəvət edib.

Aprelin 20-də Paşinyanın Rusiyanın baş naziri Mixail Mişustin, Dövlət Duması və Federasiya Şurasının spikerləri Vyaçeslav VolodinValentina Matviyenko ilə görüşləri nəzərdə tutulub.

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı əməkdaşlıq haqda sənədlər paketi imzalanacaq. Bu haqda jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Paşinyan aprelin 19-da Rusiya Prezidenti Vladimir Putinlə görüşməlidir.

“Daha sonra Paşinyanın Rusiya hökuməti səviyyəsində intensiv kontaktları nəzərdə tutulub. Elə orada da sənədlər paketi imzalanacaq”, – Peskov deyib.

AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, sabah – aprelin 20-də Paşinyan Rusiyanın baş naziri, Dövlət Dumasının və Federasiya Şurasının sədrləri ilə görüşəcək. Onun Nijni Novqorod şəhərinə səfəri planlaşdırılır.

Ancaq Moskvadakı erməni icmasıyla görüş nəzərdə tutulmayıb.

Bəyanatlar necə icra olunur

Daha öncə yayılmış məlumata görə, Paşinyanla Putin Azərbaycanla üçtərəfli bəyanatların necə icra olunmasını müzakirə edəcəklər.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanata əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan və Ermənistan liderləri Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də və noyabrın 26-da da görüşüblər. Həmin görüşlərdə regionda kommunikasiyaların açılması üzrə razılığa gəlinib.

Bu il aprelin 6-da isə Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanla Brüsseldə görüşüb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

XS
SM
MD
LG