Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:15

Peskovun qızı vergi nömrəsini niyə Qazaxıstanda alıb?


Yelizaveta Peskova
Yelizaveta Peskova

AzadlıqRadiosunun Sistema layihəsinin təhqiqatçı jurnalistləri Qazaxıstana aid məlumat bankında adı, soyadı və atasının adı, habelə doğum tarixi Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızının məlumatları ilə tam üst-üstə düşən şəxsin informasiyalarını əldə ediblər.

Bu məlumatlara görə Yelizaveta Peskova Qazaxıstanın milli vergi saytında qeydiyyatdan keçib.

Jurnalistlər ehtimal edirlər ki, Peskova VÖİN nömrəsini 2022-ci ilin sentyabrına qədər ala bilərdi, belə ki, o vaxtadək Qazaxıstan paytaxtı Nur-Sultan adlanırdı.

Vergi ödəyən şəxsin fərdi vergi qeydiyyatı nömrəsi ona dövlət və bank xidmətlərinin göstərilməsi imkanı verir.

Atasına görə sanksiya altında

Rusiyalılar Moskvanın Ukraynaya əsassız və səbəbsiz hücumundan dərhal sonra kütləvi olaraq Qazaxıstan banklarında hesab açdırırdılar.

Bu, onlara Visa və Mastercard ödəniş sistemlərinin məhdudiyyətlərindən yayınmaq imkanı verirdi.

AzadlıqRadiosu yazır ki, Peskovanın bu imkandan faydalanıb-faydalanmaması məlum deyil. Banklar bir qayda olaraq sanksiya siyahısında olan şəxslərə xidmət göstərməkdən boyun qaçırırlar.

Mətbuat katibi Dmitri Peskovun qızı atasında görə ABŞ və Avropa İttifaqının sanksiya siyahılarına salınıb.

Qərb ölkələri Yelizaveta Peskovanı atasının hesabına “dəbdəbəli həyat” sürməkdə ittiham edirlər.

Peskova bu ittihamları rədd edir və bildirir ki, onun baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur.

Bu da məlumdur ki, Yelizaveta Peskova 2022-ci ilin fevralında öz Instagram hesabında “Müharibəyə yox!” heşteqli post yerləşdirmişdi. O sonradan bu postu hesabından silib.

Vergi borcları

Peskovanın hazırda 26 yaşı var. O 2023-cü ilin aprelində “çox işlədiyini və qazandığını” yazmışdı. Onun əsas aktivləri Moskvadakı “Sentrum” reklam agentliyinin 30 faizini təşkil edir.

Bu agentliyin müştəriləri arasında Sənaye Ticarət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Moskva hökuməti və başqa dövlət qurumları var.

Peskovanın bu şirkətə gəlişindən dərhal sonra agentliyin gəlirləri kəskin artaraq 1.9 milyon rubldan az qala yarım milyard rubla (5.8 milyon dollar) çatıb.

Peskovanın özünün şəxsi bizneslərinin o qədər də uğurlu olmadığı bildirilir. O özünə aid şirkəti 2023-cü ildə 41 min rubl vergi borcuna görə bağlayıb.

Ona aid başqa bir turizm şirkəti - Speransa da 195 min rubl (2300 dollar) vergi borcuna görə ləğv olunub.

Vergi müfəttişləri bu pulu ondan ala bilmirlər, belə ki, “borclunun ünvanı və ya olduğu yer” məlum deyil.

XS
SM
MD
LG