Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:17

ABŞ Rusiyanı Çinə güvənməməyə çağırır


Ned Prays
Ned Prays

Ned Prays: Moskva və Pekin arasında daha sıx münasibətlər Rusiyaya Ukraynaya mümkün müdaxilənin nəticələrindən yaxa qurtarmaqda kömək etməyəcək

ABŞ Dövlət Departamenti fevralın 3-də Rusiyaya xəbərdarlıq edib ki, Moskva və Pekin arasında daha sıx münasibətlər Rusiyaya Ukraynaya mümkün müdaxilənin nəticələrindən yaxa qurtarmaqda kömək etməyəcək, əksinə Rusiya iqtisadiyyatını daha çətin duruma salacaq.

Reuters agentliyinin xəbərinə görə Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinq zamanı deyib ki, Birləşmiş Ştatlar Çin də daxil, onun sanksiyalarından yan keçməyə çalışan xarici şirkətlərin cəzalandırılması üçün lazımi alətlərə sahibdir.

Praysın bu bəyanatından əvvəl Çin Xarici İşlər Nazirliyi bildirimişdi ki, Rusiya və Çin fevralın 3-də Pekində keçirdikləri danışıqlarda Ukrayna məsələsinə dair mövqelərinin koordinasiya olunması barədə razılığa gəliblər.

Blinken Pekinə izah edib

Prays Rusiyanın Ukrayanaya müdaxilə edəcəyi təqdirdə Moskvanı gözləyən ağır maliyyə və iqtisadi nəticələri bir daha yada salıb:

"Əgər Rusiya düşünürsə ki, o həmin nəticələrin bəzilərini Çinə daha yaxın olmaqla aradan qaldıra biləcək, səhv edir. Belə hərəkət, əksinə Rusiya iqtisadiyyatını daha kövrək vəziyyətə salacaq”.

Prays daha sonra Rusiyaya müraciətlə deyib:

"Əgər siz özünüzü Qərblə əlaqələrdən, Qərbdən və Avropadan idxaldan məhrun etsəniz, öz məhsuldarlığınızı və innovativ potensialınızı azaldacaqsınız”.

Prays bunu da bildirib ki, dövlət katibi Entoni Blinken ötən həftə Çinin xarici işlər naziri Vanq Yi ilə söhbətində Rusiyanın Ukraynaya qarşı təcavüzünün potensial nəticələrini geniş izah edib.

XS
SM
MD
LG