Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:36

Qazaxıstanda maye qazın bahalaşmasına etiraz edirlər (Video)


Janaozendə etiraz aksiyası
Janaozendə etiraz aksiyası

Maye qazın bir litrinin qiyməti ilin əvvəlindən 120 təngəyə (28 sent) qaldırılıb. Ötən il 1 litrin qiyməti 50-60 təngə (12-14 sent) idi.

Qazaxıstanın Mangistau regionunda avtomobillərin yanacaq kimi işlətdiyi maye qazın qiymətlərinin qəfildən və kəskin bahalaşmasına qarşı etirazlar ikinci gündür kimi davam edir.

Yanvarın 3-də Janaozen şəhərində minədək etirazçı gecəni mərkəzi meydanda qalıb.

Etirazçılar deyirlər ki, maye yanacaq qazının bahalaşması ərzaq və başqa gündəlik tələbat mallarının da bahalaşmasına səbəb olacaq.

Vilayətin əsas şəhəri Aqtauda da etirazçılar gecəni açıq havada keçiriblər.

Mangistau regionun başqa kənd və qəsəbələrində də etirazlar olub.

Paytaxt Nur-Sultanda keçirilən etiraz aksiyasında üç nəfər saxlanıb.

Maye qazın bir litrinin qiyməti ilin əvvəlindən 120 təngəyə (28 sent) qaldırılıb.

Ötən il 1 litrin qiyməti 50-60 tenge (12-14 sent) idi.

Qoy maaşları qaldırsınlar

Prezident Qasım-Jomart Toqayev etirazçılara qanunsuz aksiyalara toplaşmamaları üçün xəbərdarlıq edib.

Hökumət bununla yanaşı yeni qiymətlərin tənzimlənəcəyini vəd edib.

Hökumətin bəyanatında deyilir ki, Mangistau regionundakı yanacaq məntəqələrinin sahibləri qiyməti 1 litr üçün 85-90 tengeyə salmağa razılaşıblar.

Lakin Janaozendə etirazçıların arasında olan Erlan Sarqulov bunun kafi olmadığını deyir:

“Qoy bir litrin qiymərini 50-60 tengeyə salsınlar, ya da bizim maaşlarımızı 200 min tengeyə (460 dollar) qaldırsınlar”.

Aqtaudakı Intımak meyadanına toplaşmış 30-dək etirazçını onlarca polis və təhlükəsizlik qüvvələrinin əməkdaşı dövrəyə almışdı.

Etirazçılar qiymət 1 litr üçün 60 tengeyə salınmayanadək aksiyaları davam etdirəcəklərini bildirirlər.

AzadlıqRadiosunun müxbirləri xəbər verirlər ki, şəhərin mərkəzindən hava limanına taksi ilə getməyin qiyməti üç dəfə bahalaşaraq 3 min tenge (6.9 dollar) olub.

Taksi sürücüləri bunun maye qazın qiymətinin kəskin bahalaşmasına görə belə olduğunu deyirlər.

Polis paytaxt Nur-Sultandakı Xan Kenesarının abidəsi yaxınlığında Mangistau etirazçılarına dəstək aksiyasına çıxan üç nəfəri saxlayıb.

Polis habelə AzadlıqRadiosunun burada çəkiliş aparmasına imkan verməyib.

Yerli hökumət binasının qarşısına toplaşanları isə polis avtobuslarına doldurublar.

Qazaxıstanın ən böyük şəhəri Almatıdakı Respublika və Astana meydanları ictimaiyyət üçün bağlanıb və polis tərəfindən dövrəyə alınıb.

Toqayev Twitter-də yazıb ki, vətəndaşların öz narazılığını yerli və mərkəzi hakimiyyət orqanlarına bildirmək hüququ var, amma bu, qanun çərçivəsində edilməlidir.

İnsan haqları təşkilatları bildirirlər ki, Qazaxıstanın ictimai toplanışlara dair qanunları beynəlxalq standartlara və hətta ölkənin öz Konstitusiyasına ziddir.

XS
SM
MD
LG