Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:33

Ermənistan çağırışçıları Qarabağdan çıxarılır, 'müdafiə ordusu' isə…


Qarabağda erməni qoşunu
Qarabağda erməni qoşunu

Qarabağda Ermənistandan çağırışçılar olmayacaq, ancaq Dağlıq Qarabağdakı çağırışçılar əvvəlki kimi “müdafiə ordusu”na cəlb olunacaqlar. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” informasiya agentliyinə müsahibəsinə deyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan yerlərə isə Rusiya hərbçiləri yerləşdirilib.

Prezident nə demişdi

Prezident İlham Əliyev iyulun 15-də deyirdi ki, 2020-ci il 10 noyabr atəşkəs bəyannaməsində nəzərdə tutulmasına baxmayaraq, erməni silahlı qüvvələri Qarabağdan hələ də çıxarılmayıb. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Azərbaycana həmin birləşmələrin iyuna qədər çıxarılması vədi versə də, iyulun ortasınadək bu məsələ həllini tapmayıb.

“Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”, – Əliyev deyirdi.

“Proses sentyabrda başa çatacaq”

Qriqoryan müsahibəsində deyib ki, Ermənistan Silah Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın “müdafiə ordusu”na köməyə getmişdi. “Atəşkəs rejimi bərqərar olandan və Dağlıq Qarabağa Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra Ermənistan Silahlı Qüvvələrinin çıxarılması tamamilə qanunauyğundur”, – Qriqoryan deyib.

“Müharibə nəticəsində Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri Müdafiə qüvvələrinə kömək məqsədilə Dağlıq Qarabağa giriblər. Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq. Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmağa davam edəcək”, – Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

10 noiyabr atəşkəs bəyanatının 4-cü bəndində deyilirdi ki, Rusiya hərbçiləri erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG