Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]


Ramiz Mehdiyevin xanımına məxsus təsərrüfatlar varmış
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Ramiz Mehdiyevin xanımına məxsus təsərrüfatlar varmış

Prezidentin İcra Aparatının rəhbəri və başqa vəzifəli məmurların torpaq mülkləri və əkin-biçinə görə aldığı yardımlarla bağlı araşdırma.

Dağın ətəyində yerləşən Goranboy rayonunun Xınalı kəndində ötən ildən hörmətli bir mülk sahibi var. Bu, Bakı Dövlət Universitetinin Hesablama Riyaziyyatı Kafedrasının müdiri, professor Qalina Mehdiyevadır. Prezident

Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyeva
Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyeva

Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 72 yaşlı xanımı Qalina Yuryevnanın hər ailənin orta hesabla 2-3 hektar torpaq sahəsi olan bu səfalı kənddə 25 hektarlıq bağı var. Amma xanım Mehdiyevanı və ailəsini kənd təsərrüfatına təkcə bu torpaq bağlamır. [Mənbə: AR Kənd Təsərrüfatı nazirliyi portalı]

Xınalı kəndi üzrə yardımların məbləği [böyütmək üçün tıklayın]
Xınalı kəndi üzrə yardımların məbləği [böyütmək üçün tıklayın]

Mehdiyevlər dövlətdən yardım da alır

Kənd Təsərrüfatı nazirliyi yanında fəaliyyət göstərən dövlət subsidiyaları üzrə Respublika Komissiyasının sənədlərinə görə, Qalina Mehdiyevanın keçmiş Maştağa subtropik bitkilər sovxozunun ərazisində 8,92 hektar, qızı – BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kəmalə Əliyevanın isə 2,4 hektar bağ sahəsinin olduğunu bildirir.

Buna da bax: 'Qeyri-sabitliyi qoca hökumətlər yaradır'

Cədvəl 2
Cədvəl 2

Bundan başqa, ailənin mülkiyyətində Novxanıda 100 hektarlıq üzüm bağı da var. Mehdiyevlər götürdükləri gəlirdən əlavə, bu torpaq sahələrinə qulluq etdiklərinə görə hər il dövlətdən 5 566 manat yardım alırlar. (Bu məlumatları təsdiq edən sənədlərin surətləri fotolarla materiala əlavə edilib – red.)

Buna da bax: Azərbaycan rəsmiləri - kimlər kimlərlə qohum olub?

Rəsmi sənədlərə görə, Novxanı kəndində 2016-cı il ərzində bircə nəfər dövlətdən subsidiya alıb. O da Qalina Mehdiyevadır.

Cədvəl-3
Cədvəl-3

Oliqarxların subsidiya şəffaflığı

Əksər sivil ölkələrdən fərqli olaraq, Azərbaycanda daşınmaz əmlaka olan mülkiyyət hüquqları, eləcə də şirkətlərdə pay sahibləri haqqında informasiya qanunla konfidensial məlumatlar sırasına aid edilir. Lakin kənd təsərrüfatı naziri Heydər Əsədovun təşəbbüsü ilə 2014-cü ildən etibarən dövlət büdcəsindən subsidiya alan bütün subyektlərin adları ictimaiyyətə təqdim olunur. Bu məlumatların təhlili isə onu göstərir ki, torpaq islahatının əsasən başa çatdığı 1997-ci ildən etibarən ölkədə iri mülkədarlar – ayrı-ayrı şəxslər və şirkətlər meydana gəlib.

Buna da bax: Mehdiyevin bizə göstərmək istədiyi «əjdaha»

Nazirliyin açıqladığı bilgilərə görə, Maştağa subtropik bitkilər sovxozunun torpaq sahəsinin 10,5 hektarı «AB Standard» Şirkətlər qrupunun sahibi Heydər Babayevin oğlu Eminindir. Elə buradaca «Aqroland» MMC-yə məxsus 22,58 hektar torpaq sahəsi yerləşir. Bu şirkət bir vaxtlar «Bank Avrasiya» ASC-nin və «Standard Lizinq» ASC-nin səhmdarı olub.

Cəlal Əliyevin “Zəfəran”ı

Bilgəhdəki keçmiş «Zəfəran» sovxozunun 409 hektarlıq sahəsi hazırda eyni adlı kəndli fermer təsərrüfatının mülkiyyətidir. 1999-cu ilin yanvarında qurulmuş bu təsərrüfata hələ də rəsmi sənədlərə görə, bu ilin yanvarın 31-də vəfat etmiş akademik Cəlal Əliyev başçılıq edir. Bu təsərrüfatın 60 hektarında bioloq alimin yetişdirdiyi buğda sortları, qalan torpaqlarda isə başqa bitkilər becərilir.

Milli Məclisin deputatları Azər Badamov Ərəstun Cavadov da torpağa bağlı adamlardır. Yenə də Kənd Təsərrüfatı nazirliyinin həmin sənədlərinə görə birincinin Qusarda 16,4 hektar, ikincinin isə Şamaxıda 12 hektar əkin sahəsi var.

Buna da bax:​ Ramiz Mehdiyevin hakimiyyət nərdivanında addımları (İnfoqrafika)

Cavid Qurbanovun ailəsi də torpaq mülkiyyətçisidir

«Azərbaycan Dəmir Yolları» QSC-nin İdarə Heyətinin sədri Cavid Qurbanovun atası Qənbər kişinin adına Yevlax və Bərdə rayonları ərazisində 217,28 hektar torpaq rəsmiləşdirilib. Burada buğda və başqa kənd təsərrüfatı məhsulları becərilir.

2016-cı ildən kənd təsərrüfatı sektoruna girişənlərdən biri də daşınmaz əmlak mülkiyyətçiliyi və idarəçiliyi sahəsində fəaliyyət göstərən «PMD Group» MMC-dir. Qısa vaxt ərsində şirkət İsmayıllı, Göyçay, Qəbələ, Siyəzən və başqa rayonlarda 515,87 hektar torpaq satın alıb. Yeri gəlmişkən, «Paşa Holdinq» MMC-nin tərkibinə daxil olan bu qrup 2015-ci ildən «Bank Avrasiya» ASC-nin üç səhmdarından biridir.

Bu il «Expressbank» ASC-nin səhmdarları arasında baş verən dəyişiklik sonrası Hikmət Xammədov onun 25 səhmlərinin faizinin sahibi olub. Daha çox «Azərenerji» ASC-nin İH sədri Etibar Pirverdiyevin qaynı kimi tanınan bu şəxsin Qusar və Xaçmaz rayonlarında 273,3 hektar meyvə bağları da var.

Buna da bax: «Global Stone» şirkətinin Ramiz Mehdiyevin kürəkəni ilə əlaqəsi var - Hüquqşünas

Xaçmazda «Avro-Asiya İnşaat Korporasiyası EVRASCON» ASC-nin İH sədri Manaf Şirinov da 58 hektar sahədə bağ salıb.

Heydərovların torpaq sahələri

Ən böyük torpaq mülkiyyətçisi isə «Gilan Holdinq» və bu qrupa daxil olan şirkətlərdəndir. Taxıl, pambıq, çay, tərəvəz əkini, meyvə yetişdirilməsi ilə məşğul olan bu şirkətlərin («Gilan», «Gilan Dairy Farms», «Gilan Tea», «ASPİ-Agro», «ASPİ Land», «Aqro Kompleks Qəbələ», «MNK», «Aqro İnvest Ltd», «Abşeron Zeytun», «Gilan Lənkəran Konserv Zavodu», «AGS», «Aqro-Azərinvest» MMC-lər) ölkənin bir çox bölgələrində 7 min hektara yaxın əkin altında olan torpağı mövcuddur. Bu şirkətlərin mülkiyyətində həm də geniş torpaqları olan emal müəssisələri də var.

“Gilan” Holdinqə birbaşa bağlılığı olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qardaşı da iri torpaq mülkiyyətçisidir. Keçmiş Maştağa tərəvəzçilik-südçülük sovxozunun 4 hektarını Səməd Heydərov 2016-cı ildə alıb.

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında (Yenilənib - tam mətn)

Rusiyalı milyarderlər də subsidiya alır

Rusiyalı milyarder Fərhad Əhmədova məxsus olan «Teymur Əhmədov adına AzNar» QSC 1013 hektar sahədə meyvə yetişdirdiyinə görə dövlətdən subsidiya alır.

Ağsu rayonunda meyvə şirələri və şərab istehsal edən «Az-Granata» MMC 500 hektar, «Synergy Group» şirkətlər qrupuna daxil olan Siyəzəndəki «Caspian Coast Winery and Vineyards» MMC 131,7 hektar, «Gəncə Şərab-2» ASC 265,4 hektar sahədən bar toplayır.

«Bakfem» fındıq emalı zavodu Qusar və Xaçmaz rayonlarında 883,5 hektar fındıq bağına qulluq edir.

Kənd Təsərrüfatı Nazirliyinin sənədlərinə görə taxıl və başqa dənli bitkilər istehsalı ilə məşğul olan, Almaniya kapitalı ilə yaradılmış «Ağstafasüd» ASC-nin istifadəsində 2690,5 hektar torpaq var. Taxılçılıqla məşğul olan «Səba» ASC-yə daxil olan «Qarabağ Taxıl», «Qarabağ Toxum», «Biləsuvar süd» və «Muğan Aqro-Servis» MMC-lər toplam 5105 hektar, «Azər Toxum» MMC 4668 hektar, «Kraun-Ko» MMC 14015 hektar, «Süsən Aqro» MMC 1813 hektar sahəyə görə subsidiya alır.

Buna da bax: Ramiz Mehdiyev: «Marionetka statusu istisna edilir»

«MKT İstehsalat Kommersiya» MMC 2358 hektar sahədə pambıq və taxıl, «Azərsun Holdinq» isə 3469 hektarda dənli bitkilər və tərəvəz yetişdirir. Bu şirkətlər daha çox sahədə becərilən məhsul tədarük edirlər. Qeyd olunan torpaq sahələrinə onların özləri xidmət göstərdiklərinə görə subsidiyanı da özləri alırlar.

Kəndlilərə kolxozlar qalıb

Azərbaycanda torpaq islahatı aparılmayan iki təsərrüfat var. Bunlar rusların yaşadığı İsmayıllının İvanovka kəndindəki Nikitin adına, Goranboyun Rus Borisi kəndindəki Kalinin adına kolxozlardır. Birincinin 5107 hektar ikincinin isə 489,24 hektar torpaq sahəsi təsərrüfatda yaşayanlar tərəfindən birgə əkilib-biçilir.

Azərbaycanda torpaq islahatı aparılarkən bəzi bölgələr istisna olmaqla adambaşına kolxoz və sovxoz torpaqlarından düşən pay 1 hektardan yuxarı olmayıb. Bəzi kəndlərdə bu göstərici bir neçə sot olub. Kənd Təsərrüfatı nazirliyi 2014-cü ildən başlayaraq şəffaflığın təmin olunması məqsədilə dövlətdən subsidiya alan şəxsləri adbaad siyahı üzrə açıqlayır. AzadlıqRadiosu həmin siyahıları təhlil edərək müəyyən edib ki, ölkədə 200-dən çox vətəndaşın torpaq sahələri 100 hektardan 900 hektara qədərdir. Onların birlikdə sahib olduqları torpağın ümumi sahəsi 44 min hektara çatır.

Buna da bax:​ Londonda «Sən kiminsən ay şirkət» sualı dildən düşməyib

Mandat ya torpaq

Azərbaycanda vəzifəli şəxslərin gəlirlərini və əmlakları haqda məlumatı bəyan etməsinə dair müddəa qanunvericilikdə 2005-ci ildən qüvvədədir. Lakin vətəndaş cəmiyyətinin təpkisinə baxmayaraq, məmurlar hələ də bu məlumatları təqdim etmirlər. Səbəbi isə çox sadədir: bəyanetmə sisteminin işə düşməsi ilə məmurların gəlirlərinin heç də yalnız vəzifə maaşları olmadığı, çoxsaylı mülklərə, avtomobillərə, bank hesablarına sahib olduqları cəmiyyətə bəlli olacaq.

Kənd Təsərrüfatı Nazirliyinin subsidiyalarda bağlı açıqladığı məlumatlar bu mülklərin yalnız kənd təsərrüfatına adi olan, özü də yalnız əkilib-becərilən hissəsini əks etdirir.

Azərbaycan Respublikasının Konstitusiyası Milli Məclisin deputatlarının özəl biznesə sahib olmasını qadağan edir. Konstitusiyanın 89-cu maddəsinin 1.4-cü bəndində göstərilir ki, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda... deputat mandatından məhrum edilir.

Buna da bax: Beynəlxalq ofşor qalmaqalında Paşayevlərin adı çəkilir

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9-cu bəndində isə açıq şəkildə qeyd olunur ki, vəzifəli şəxslərin xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq, eləcə də bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq korrupsiyaya şərait yaradan hüquqpozmalar hesab olunur. Dövlət qulluqçularının əmlaka sahiblənmək üçün vəzifəsindən birbaşa, yaxud dolayısı ilə istifadə etməsi isə cinayət məsuliyyəti yaradır.

XS
SM
MD
LG