Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:31

Moskvadan birtərəfli bilet 9 min 200 avroya [Video]


Rusiya-Gürcüstan sərhədi
Rusiya-Gürcüstan sərhədi

Rusiyadan Serbiyaya, eləcə də Türkiyə, Gürcüstan və Ermənistana biletlərin satılıb qurtardığı xəbər verilir

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəyə görə qismən səfərbərlik elan edəndən sonra xeyli sayda rusiyalı ölkədən birtərəfli bilet almağa tələsir.

Müdafiə naziri Sergey Şoyqu sentyabrın 21-də televiziyaya müsahibəsində deyib ki, uyğun döyüş təcrübəsi olan 300 min ehtiyatda olan şəxs səfərbər ediləcək.

Bu xəbərdən sonra təyyarə biletlərinin qiyməti qalxıb. Putinin tezliklə ümumi səfərbərlik elan edəcəyi, Rusiyanın quru sərhədlərini bağlaması sarıdan narahatlıq yaranıb.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan xeyli sayda rusiyalı ölkədən gedib.

Putin 300 min əsgər toplayır
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Biletlər satılıb qurtarıb

“Air Serbia” növbəti bir neçə gün üçün Moskva-Belqrad reysinin biletlərinin satılıb qurtardığını bildirir. Avropa İttifaqının (Aİ) embarqosuna baxmayaraq, bu şirkət Turkish Airlines ilə birlikdə Rusiyaya uçuşları saxlayıb.

Moskvadan İstanbula və Dubaya birtərəfli ekonom biletlərin qiyməti isə 9 min 200 avroya (9 min 119 dollar) qalxıb.

Rusiyadan Serbiyaya, eləcə də Türkiyə, Gürcüstan və Ermənistana biletlərin satılıb qurtardığı xəbər verilir.

Rusiyalılar Serbiyaya vizasız gedə bilirlər. Belqrad Qərbin Ukraynaya hücumdan dolayı Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Belarus və Çin də Rusiyaya sanksiyalar tətbiq etməyib.

Bəzi sosial media postlarında iddia olunur ki, adamları Rusiyanın Gürcüstanla quru sərhədindən geri qaytarırlar. Rusiya dövlət dəmiryolu şirkətinin vebsaytı isə çöküb. Xeyli adam ölkədən çıxmağın yollarını axtarır.

Rusiyada qismən səfərbərlik elanından sonra Rusiya-Gürcüstan sərhədində növbələr
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Səfirliklər xəbərdarlıq edir

Bu arada Qırğızıstan və Özbəkistan hakimiyyəti Rusiyadakı miqrant vətəndaşlarına xəbərdarlıq edib ki, Ukraynada müharibə aparan Rusiya ordusuna yazılmasınlar.

Moskvadakı Qırğızıstan səfirliyi sentyabrın 21-də bəyanatındaqeyd edir ki, xarici ölkələrin ərazisində hərbi fəaliyyətdə hər hansı formada iştirak muzdlu fəaliyyət hesab ediləcək, 10 ilədək həbs, əmlakın müsadirəsilə cəzalandırılacaq.

Səfirlik vətəndaşlarına bildirir ki, onlara hərbi əməliyyatlara qoşulmağa çağıran sənəd gələrsə diplomatik təmsilçiliyə müraciət etsinlər.

Hazırda 1 milyondan çox qırğızıstanlının Rusiyada əmək miqrantı kimi qaldığı bildirilir.

Özbəkistan səfirliyi də oxşar bəyanatla çıxış edib, xarici ordulara qoşulmağın qanunsuz olduğunu, 10 ilədək həbslə cəzalandırılacağını bildirib.

Qanunvericilik

Sentyabrın 20-dö Dövlət Dumasında Cinayət Məcəlləsinə dəyişikliklərə görə, Rusiya silahlı qüvvələrinə qoşulmaqdan imtina edən Rusiya vətəndaşları üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

Qırğızıstan həmsərhəd olmayan ölkələrlə ikili vətəndaşlığı tanıyır. Rusiyadakı qırğız əmək miqrantlarının çoxunun Rusiya vətəndaşlığı da var və səfərbərliyə cəlb oluna bilərlər.

Özbəkistan isə ikili vətəndaşlığı tanımır. Rusiyadakı 1.2 milyon özbək miqrantın çoxu Rusiya vətəndaşlığı almaq istəyir, bəziləri bundan ötrü Rusiya silahlı qüvvələrində xidmət keçir.

XS
SM
MD
LG