Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:57
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Ukrayna ultimatumsuz Rusiya ilə danışıqlara hazır olduğunu deyir

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak BBC-nin Ukrayna xidmətinə deyib ki, Kiyev qəbuledilməz şərtlər və ultimatumlar olmadan Rusiya ilə danışıqlara hazırdır.

Zelenski müharibə əleyhibə çıxan Rusiya vətəndaşlarına minnətdarlıq edib

"İstəyirəm ki, Rusiyada məni eşitsinlər. Tamamilə hər şey. Minlərlə qurbanlar, yüzlərlə əsir. Onlar nəyin müqabilində Ukraynaya göndərildiyini bilmir. Ölmək və öldürmək üçünmü. Hökumətinizə nə qədər tez müharibəni dayandırmağı desəsiniz sizin adamların bir o qədər çox sağ qalacaq” -Zelenski bildirib.

Ukrayna Rusiya ilə danışıqlardan imtina edib, səbəb...

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Aretoviç Strana.ua-ya bildirib ki, Rusiyanın tələbləri qəbuledilməz olduğundan və təslim olmağa məcbur etmək cəhdi olduğundan, Ukrayna Rusiya ilə danışıqlardan imtina edib.

"Biz onlara siqnal verdik ki, mümkün sülh müqaviləsinin şərtləri Moskvanın deyil, Kiyevin şərtləri ilə mümkündür", - Aleksey Arestoviç Strana-ya deyib.

Daha əvvəl Putinin mətbuat katibi Peskov bildirmişdi ki, guya Putin gözlənilən danışıqlarla əlaqədar fevralın 25-də günortadan sonra Ukraynada qoşunların irəliləyişinin dayandırılması barədə göstəriş verib. " Amma "irəliləmənin dayandırılması" sözləri gecə baş verənlərə uyğun gəlmir. Beləki gecə Rusiya hərbçiləri Kiyevə və digər şəhərlərə hücum edib.

Kiyevdə komendant saatı tətbiq olunur - 17.00-dan 8.00-a qədər. Şəhərin meri Vitali Kliçkonun verdiyi məlumata görə, komendant saatı fevralın 28-i bazar ertəsi səhərə qədər fəaliyyət göstərəcək.

Kliçko, arxiv foto
Kliçko, arxiv foto

Mer həmçinin onu da əlavə edib ki, komendant saatı zamanı küçədə qalan bütün mülki şəxslər təxribat və kəşfiyyat qruplarının üzvləri sayılacaq.

Davamı

XS
SM
MD
LG