Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:41

Dron hücumları Rusiyada benzinin qiymətini maksimum artırıb


KRASNODAR, RUSSIA
KRASNODAR, RUSSIA

AI-95 markalı benzinin 1 tonunun qiyməti Sankt Peterburq beynəlxalq əmtəə-xammal birjasında son altı ayda ilk dəfə olaraq 60 min rubla (654 dollar) çatıb.

Bu, 2023-cü ilin sentyabrından bəri maksimum qiymətdir. O vaxt Rusiyadan yanacaq ixracına qadağan qoyulduqdan sonra benzinin qiyməti düşməyə başlamışdı.

Rusiya hakimiyyəti martın 1-dən benzinin ixracına yenidən qadağan qoyub. Belə bir qadağan 2023-cü ilin sentyabrından noyabrına qədər də qüvvədə olmuşdu.

RBK agentliyi bildirir ki, bu tədbirlərə baxmayaraq benzinin birja qiymətləri qalxmaqda davam edir.

Zavodlar və dron zərbələri

Ekspertlər Rusiyada benzin qiymətlərinin qalxmasını Ukrayna dronlarının neftayırma zavodlarına hücumu ilə bağlayırlar.

Martın 13-də Ryazan neftayırma zavoduna dron hücumu nəticəsində yanğın törənmişdi.

Rusiyanın cənubunu benzinlə təchiz edən Novoşaxtinsk neftayırma zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb.

Bundan bir gün əvvəl isə Nijeqorod neftayırma zavodunda dron hücumu nəticəsində yanğın baş vermişdi.

Hazırda zavodda plandan əlavə təmir işləri aparılır.

“Potensial baxımdan ciddi vəziyyət”

Bu yaxınlarda Rusiyanın Energetika Nazirliyi bildirmişdi ki, regionun yanacaqla təchizatı və benzinin qiyməti sabitdir:

"Rusiya hökumətinin avtomobil yanacağının ixracına qadağan qoyması və benzini ikinci əldən alanlara əlavə rüsumların tətbiqi kimi önləyici tədbirlər daxili bazarda dayanıqlı gəliri təmin edib”.

RBK yanacağın birja qiymətlərinin artmasını tələb və təklif arasında balansın pozulacağından olan narahatlıqla izah edir.

Agentliyin mənbəyi bildirir ki, bazardakı vəziyyət “potensial baxımdan ciddidir”, buna görə də alıcılar yanacağı əvvəlcədən almağa üstünlük verirlər.

RBK-nın mənbələri bildirirlər ki, əgər dron zərbələri nəticəsində neftayırma zavodlarında ilkin emal qurğuları sıradan çıxıbsa, onda nəinki benzinin , hətta dizel yanacağının da istehsalı azalacaq.

Rusiyada mümkün benzin qıtlığı barədə ehtimalını bundan əvvəl AzadlıqRadiosuna neft-qaz sahəsi üzrə ekspert Mixail Krutixin də bildirmişdi.

XS
SM
MD
LG