Amerikalıların əksəriyyəti ökənin güclü liderə ehtiyacı olduğunu deyir
Seçicilərin 75 faizi Amerikanın güclü liderə ehtiyacı olduğunu bildirir. Bunu səs verdikdən sonra rəyi soruşulan seçicilər deyir. Reuters/İpsos-un yaydığı sorğunun nəticələrinə görə, Amerika iqtisadiyyatı düzgün istiqamətdə getmir. Rəyi soruşulan 10000 seçicinin 72 faizi deyir ki, Amerika iqtisadiyyatı varlıların və nüfuzluların xeyrinə işləyir. "Ənənəvi partiyalar və siyasətçilər bizim kimi kasıbları düşünmür" - bunu da rəyi soruşulanların 72 faizi deyir.
İlk nəticələr daxil olmaq üzrədir
İlk iki - İndiana (Indiana) və Kentaki (Kentucky) ştatlarından ilk nəticələr daxil olur. Bu ştatlarda seçki məntəqələri digərlərinə nisbətən daha tez bağlanıb.
Senatda güc nisbəti dəyişə bilər
Prezident seçkiləri ilə eyni vaxtda, həmçinin, qanunverici orqan olan Senata da seçkilər keçirilir.
Hazırda Respublikaçılar partiyasının 54 senatorla nəzarət etdiyi Senatda demokratların 46 nümayəndəsi var. Bugünkü seçkidə partiyalar 34 yer uğrunda mübarizə aparır və üstünlüyü geri almaq üçün demokratlara rəqiblərindən cəmi 5 yer artıq qazanmaq lazımdır.
Digər qanunverici orqan olan Nümayəndələr Palatasına da seçkilər keçirilir, lakin burada respublikaçıların daha böyük üstünlüyü var və burada nəyinsə dəyişmə ehtimalı çox azdır.
İlk üç ştatın nəticələrinə görə Tramp irəlidədir
Artıq 8 ştatda seçki məntəqələri bağlanıb. İlkin nəticələrə görə Dolnald Tramp 19 səslə, 3 səs toplamış Hilari Klintonu geridə qoyub.
Tramp üçün bu yaxşı xəbər olsa da, gözlənilməz olmayıb. Hər bir namizəd, hələ ki, onsuz da əmin olduqları ştatlarda üstünlüklərini təsdiq ediblər.
Az sonra daha 16 ştatda məntəqələr bağlanacaq. Bunların arasında əhali sayına görə daha böyük və bu səbəbdən daha önəmli olan ştatlar da var.