Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:48

Şirvan sakini: 'Yol polisi dedi, səni sutkaya atdıracam, səni mələdəcəm'


Şirvan sakini Vasif Novruzov
Şirvan sakini Vasif Novruzov

“Yol polis əməkdaşı məni qanuni cəzadan yayındırıb rüşvət almaq istəyirdi. Tələb etdim ki, qanunla mənə düşən cəza nədirsə, o da kəsilsin, rüşvət verməyəcəm. O da acığa düşdü, həm qanuni cəzalandırdı, həm də öz bildiyi kimi...”

Şirvan sakini Vasif Novruzov Şirvan Yol Polis Şöbəsinin əməkdaşı, polis mayoru Məmmədsadıq Nağıyevdən şikayətçidir. O, AzadlıqRadiosu-na danışır ki, ötən il dekabrın 12-də Şirvan şəhəri, Heydər Əliyev prospektində yol polisləri tərəfindən saxlanılıb. Dediyinə görə, polis mayoru M. Nağıyev onun avtomobili içkili vəziyyətdə idarə etdiyini bildirib və rüşvət tələb edib:

*Youtube Kanalımıza abunə olun- Hərgün yeni videolar izləyin

“GET 500 MANAT GƏTİR”

“Yüngül içkili idim, bəli, etiraf edirəm ki, gərək içkili sükan arxasına əyləşməyəydim. Ancaq ‘İnzibati Xətalar Məcəlləsi’ndə bunun cəzası yazılıb. Mən də təklif etdim ki, cəzası nədir, yazsınlar. Dedi, ‘sənə cəza nəyimə lazımdır? Get 500 manat gətir, sən sağ, mən salamat’. Etiraz etdim, dedim, ‘dövlətin xəzinəsi onsuz da boşdur, pulu sənin cibinə niyə qoyum ki, cəriməsi nədir, yaz, aparım dövlət nəfinə keçirim’. Bir az sözləşdik, əsəbiləşdi, söyüş söydü, dedi, ‘səni sutkaya atdıracam, mələdəcəm’”.

Buna da bax:​ 'Çudo Peçka' şəbəkəsində təkrar maaş qalmaqalı

Vasif Novruzovun sözlərinə görə, rəis onu “cəzalandıracağını” deyib və edib. Sürücü Şirvan rayon Polis Şöbəsinə aparılıb. Hətta bir gecə orada saxlanılıb:

“Şöbədə 1 sutkanı qanunsuz saxlanmışam. Bu azmış kimi, məni şərləyib. Guya qanuni tələbinə məhəl qoymamışam. Eyni gündə iki məhkəmə keçirildi. Birində avtomobili içkili vəziyyətdə idarə etdiyim üçün sürücülük vəsiqəmdən 6 aylıq məhrum edildim. İkinci məhkəmədə isə polisə məhəl qoymamaqda ittiham olunurdum. Bu, artıq mənə atılan böhtan idi. Hakimə bildirdim ki, Nazirlər Kabinetinin qərarı var ki, yol polis əməkdaşları vətəndaşa yaxınlaşanda xüsusi səsyazan qurğunu işə salmalıdırlar. Gətirsin həmin qurğunu, dinləyək, görək kim kimə söyüb, kim kimi təhqir edib. Üstəlik, məni saxladıqları küçədə “Dəniz” marketin müşahidə kamerası var, yaddaşına baxış keçirilsin. Hakim də Məmmədsadıq Nağıyevdən həmin səsyazan qurğunu məhkəməyə gətirib-gətirməməsini soruşdu. Dedi, ‘yadımdan çıxıb, maşında qalıb, sabah gətirərəm’. Məhkəmə növbəti günə təxirə düşdü”.

Buna da bax:​ 'Karvan' Ticarət Mərkəzində kompensasiya çıxmazı

HAKİM MƏSLƏHƏT GÖRÜB Kİ...

Vasif Novruzov deyir, növbəti gün məhkəməyə nə yol polisləri gəlib, nə də səsyazan qurğu gətirilib. Hakim ona 200 manat cərimələndiyini bildirib və yol polislərinə baş qoşmamasını məsləhət görüb.

– Məhkəmədə sizdən rüşvət istənilməsi barədə bildirdinizmi?

– Yox, məhkəmədə onu deyə bilməzdim, çünki polislər mənim maşınımı şöbənin həyətində “girov” saxlamışdılar. Ehtiyat edirdim ki, maşınıma narkotik, silah atarlar. Məhkəmə bitdi, maşını şöbənin həyətindən götürdüm və elə həmin gün də Baş Prokurorluğun korrupsiya ilə mübarizə idarəsinə, daxili işlər nazirinə yol polisinə rüşvət vermədiyim üçün başıma gətirdiklərini yazdım.

V. Novruzov dövlət qurumlarına yol polis əməkdaşı Məmmədsadıq Novruzov tərəfindən polis şöbəsində söyülərək təhqir olunduğunu və 1 sutka qanunsuz saxlandığını yazıb.

Buna da bax:​ Dağılan yataqxananın yanında hündürmərtəbəli bina

“ARAŞDIRMA GEDİR”

Şirvan şəhər Yol Polis Şöbəsindən “Qaynar xətt”ə sualları Baş Dövlət Yol Polis İdarəsinə ünvanlamağı məsləhət görüblər. İdarədənsə bildirilib ki, Şirvan sakini V. Novruzovun Daxili İşlər Nazirliyinə ünvanladığı məktub araşdırılması üçün bu quruma göndərilib. İdarənin təhqiqatçısı Şirvana gedərək vətəndaşın izahatını alıb. Araşdırma davam edir.

Vasif Novruzovsa şikayətinin bu qurumda araşdırılmasını istəmir.

“15 gün əvvəl məni yerli polis şöbəsinə dəvət edib izahatımı aldılar. İnanmıram ki, bu qurum öz işçisini qoyub, mənim mənafeyimi müdafiə edə... Şirvanda hansı sürücünü dindirsəniz, Məmmədsadıq Nağıyevdən şikayətçidir. Hansı maşını istəyir saxlayır, sürücünü söyür, hədələyir, şöbəyə aparır, “KPZ”yə atdırır... Bu adamla heç öz rəisi də bacarmır”.

Buna da bax:​ Uşağın anası: 'Mən orda yazmamışam ki, Mehman uşağımı zorlayıb'

Polis mayoru M. Nağıyev əvvəllər Sabirabad rayon Yol Polis Şöbəsinin rəisi olub. Hazirda Şirvan şəhər Dövlət Yol Polis Şöbəsinin yol polisi baş müfəttişidir.

Hüquqşünas Vaqif Alıyev deyir, vətəndaş araşdırmanın aparılmasını şikayətini ünvanladığı qurumdan qanunla tələb edə bilər.

XS
SM
MD
LG