Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:22

Azərbaycanın su resursları: həm azdır, həm də üçdə biri itkiyə gedir


Kür quruyur, camaat içməyə su tapmır, ev heyvanları qırılır
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Kür quruyur, camaat içməyə su tapmır, ev heyvanları qırılır

Azərbaycan quraqlıq riski ən çox olan ölkələrdəndir

Son dövrlər Azərbaycanda tez-tez su resurslarının çatışmazlığı gündəmə gəlir. Bu problemdən həm əkinlərini suvara bilməyən fermerlər, həm də evlərində susuz qalan vətəndaşlar gileylidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında da bildirilmişdi ki, iqlim dəyişiklikləri Azərbaycanda su resurslarının həcmini 15 faiz azaldıb. BMT İnkişaf Proqramının proqnozuna görə, Azərbaycanda kəsərli addımlar atılmasa, 2050-ci ilədək su resurslarının daha 23 faizini itə bilər. 2020-ci ilin sonuna olan su təsərrüfatı balansına görə, həmin il Azərbaycanda 23 milyard 243 milyon kubmetr su formalaşıb. Rəsmi açıqlamalar Azərbaycan çaylarındakı su ehtiyatlarının 19 faiz azaldığını və bu azalma meylinin sürdüyünü vurğulayır. Su ehtiyatları azalsa da, sudan istifadə artır. 2015-2020-ci illərdə ölkədə su istehlakı 15 faiz və ya 1 milyard kubmetrdən çox artıb.

Beynəlxalq Təbii Resurslar İnstitutunun bir neçə il öncə yayımladığı hesabatında da suyla təminat baxımından Azərbaycanda ciddi problemlər olduğu vurğulanır. Axı Azərbaycan öz yerli su ehtiyatlarına görə qonşu ölkələrdən xeyli geri qalır. Gürcüstanda daxili su ehtiyatları ilə təminat 85 faiz, Ermənistanda isə 82 faiz olduğu halda, Azərbaycanda bu göstərici cəmi 28 faizdir. Nədən? Çünki Azərbaycanın yerüstü su ehtiyatlarının 30 faizi ölkə ərazisində, 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır. Qafqazda şirin suyun 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın və cəmi 10 faizi Azərbaycanın payına düşür.

Beynəlxalq Təbii Resurslar İnstitutu qeyd edilən hesabatında qlobal iqlim dəyişikliyi ilə əlaqədar 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 33 ölkənin daxil edildiyi siyahıda Azərbaycan 18-ci yeri tutur. Bütün bu rəqəmlər hökumətin Azərbaycanda su təminatı və sudan istifadə ilə bağlı ciddi və effektiv addımlar atmalı olduğunu göstərir. Həmin hesabatda quraqlıq riskinin ən yüksək qiymətləndirildiyi ilk üç ölkə isə Bəhreyn, Küveyt və Qətərdir.

'Maaşımız suya gedir' - Prezidentə də yazıblar, problem həll edilmir
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Su resurslarının üçdə biri itkiyə gedir

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məlumatına görə, Azərbaycandakı suyun 74 faizi aqrar sektorda istifadə edilir. Azərbaycan regionda su ilə ən zəif təmin olunmuş ölkə olsa da, suvarılan torpaqların ən çox olduğu ölkədir. Qafqazdakı şirin su ehtiyatlarının cəmi 10 faizinin Azərbaycanın payına düşdüyü halda, regiondakı suvarılan torpaqların 90 faizə yaxını buradadır. Azərbaycanda hər il ortalama 300 kvadratkilometr ərazini sel suları yuyur və əkinçiliyə yararsız hala salır. 1960-1990-cı illərdə torpaq sürüşməsi və daşqınlar ortalama ildə iki-dörd dəfə, 2000-ci ildən bəri isə ildə ortalama 15-18 dəfə baş verir. Şoranlıq, neft tullantıları, kimyəvi çirklənmə, külək, yağış, suvarma nəticəsində aşınma səbəbindən əkinə yararlı ərazinin yalnız 49 faizindən istifadə edilir.

Su resursları ilə bağlı ciddi narahatlıq olsa da, rəsmi açıqlamaya görə, Azərbaycanda bu resurslarının 30 faizi itkiyə məruz qalır. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məlumatına görə, ölkədəki suvarılan sahələrin cəmi 5 faizində müasir suvarma sistemləri tətbiq edilir. Suvarma əksər hallarda selləmə şəklində aparılır. Bu tip suvarma isə həm çox həcmdə su itkisinə, həm də torpağın şoranlaşmasına gətirib çıxarır. Axı həm torpağın münbit qatı yuyulur, həm də qrunt suyunun səviyyəsi qalxır. Hər iki amil şoranlaşmaya təsir edir. Mütəxəssislər Azərbaycanda su itkisini azaltmaq üçün torpaq kanallarının beton üzlüklə əvəzlənməsini və sovet dönəmindən qalan köhnə boruların yenilənməsini təklif edirlər.

'Prezidentin Fondundan ayrılan pullar korrupsiyaya yem oldu'
Gözlə

No media source currently available

0:00 0:05:23 0:00

Su resurslarının azlığı idxalı da artırır

Ölkədə su resursu çatışmazlığı ən çox kənd təsərrüfatına mənfi təsir edir. Bu yaxınlarda un və çörəyin bahalaşması sürəkli dartışılıb. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə mediaya şərhində açıqlayıb ki, ölkədə buğda əkinlərinin 38 faizi dəmyə əkinlərinin payına düşür. Yerdə qalan suvarılan ərazilərin 26 faizində isə ciddi su problemləri var. Dəqiq hesablamalar göstərir ki, Azərbaycandakı buğda əkinlərinin 64 faizi suvarma problemləri olan və ya suvarma olmayan ərazilərdə gerçəkləşdirilir. Bu isə, öz növbəsində, həmin ərazilərdə məhsuldarlığı azaldır.

Buğda əkinlərinin məhsuldarlığının az olması qida təhlükəsizliyi baxımından ən önəmli məhsul sayılan taxılla təminatda idxaldan asılılığa yol açır. Rəsmi rəqəmlərə görə, Azərbaycanın özünü taxılla təmin etmək səviyyəsi 55-60 faiz arasında dəyişir. Buğda ehtiyacının 40 faizə yaxınının idxal hesabına təmin edilməsi. təbii ki, ölkədən ciddi valyuta çıxışı doğurur. Buğda ehtiyacının ödənilməsi üçün hər il ortalama yarım milyard manatdan çox vəsait xərclənir. Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan ötən il buğda idxalına toplam 332 milyon dollar sərf edib. Bu, ölkənin ümumi idxalının 3 faizə yaxını deməkdir. 2020-ci ildə ölkənin buğda idxalına ödədiyi vəsaitin həcmi 297 milyon dollar səviyyəsində olub.

XS
SM
MD
LG