Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Durov: Telegram orqanların ricası isə istifadəçilərin məlumatlarını açacaq


Pavel Durov
Pavel Durov

Telegram korporasiyası dünya ölkələri hüquq-mühafizə orqanlarının rəsmi sorğuları əsasında platformadan istifadə qaydalarını pozan və ondan qanunvericiliyin pozulması üçün faydalanan istifadəçilərin IP ünvanlarını və telefon nömrələrini açıqlayacaq.

Bunu şirkətin hazırda Fransada ona qarşı ittihamlarla bağlı istintaq altında olan rəhbəri Pavel Durov sentyabrın 23-də bəyan edib.

Fransa hakimiyyəti Durovu habelə cinayət işlərinin araşdırılması zamanı Fransa hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə təqsirləndirir.

Durov Teleqram-da yazır ki, platformadan istifadə qaydalarını yeniləyib. Onun sözlərinə görə son həftələrdə moderatorlar, o cümlədən süni intellektdən istifadə edərək axtarış sistemində potensial baxımdan ziyanlı ola biləcək kontenti platformadan siliblər.

Qaydalar dəyişib

Əgər əvvəllər Tegram-dan istifadə qaydalarında istifadəçilərin IP ünvanları və telefon nömrələri yalnız onlar terrorda ittiham olunduqları hallarda hüquq-mühafizə orqanlarına açıqlana bilərdisə, indi bu qayda dəyişdirilib.

"Əgər Telegram sizin cinayət fəaliyyətində iştirakda şübhləli sayıldığınıza və Telegram-ın xidmət qaydalarını pozduğunuza dair müvafiq məhkəmə orqanlarından həqiqi order alarsa, biz bu sorğunun hüquqi təhlilini aparacağıq və bunun nəticəsi olaraq sizin IP ünvanınızı və telefon nömrənizi müvafiq orqanlara aça bilərik”.

Bundan başqa Meduzanın məlumatına görə Telegram bundan sonra öz şəffaflığına dair ildə iki dəfə deyil, dörd dəfə hesabat verəcək.

Fransa prokurorluğu və Telegram-ın başqa tənqidçiləri iddia edirlər ki, messencerdən həm də narkotik alveri və uşaq pornoqrafiyasının yayılması üçün istifadə edilib.

Durov Fransada həbs olunduqdan bir neçə gün sonra zaminə buraxılıb. Xəbər verilir ki, Durov bunun üçün messencerin hakimiyyət orqanları ilə əməkdaşlıq edəcəyinə dair vəd verib. Durov bildirir ki, cinayət məqsədləri güdənlər milyonlarla vicdanlı istifadəçini təhlükə qarşısında qoymamalıdırlar.

XS
SM
MD
LG