Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:09

14 milyonluq şəhərdə kütləvi test aparılır


Tianjində test növbəsi
Tianjində test növbəsi

Tianjində 21 şəhəriçi yoluxma qeydə alınıb, onlardan ikisi omikrona yoluxmadır.

Çin 14 milyon sakini olan Tianjin şəhərində kütləvi testlər aparır, nəzarəti gücləndirir. Bu liman şəhərində koronavirusun omikron ştammının ilk dəfə olaraq yerli səviyyədə yayılması aşkarlanıb.

Virusun yayılmasını önləməkdən ötrü yalnız 48 saat ərzində COVID-19 testi mənfi çıxanların şəhəri tərk etməsinə icazə veriləcək.

21 yoluxmadan ikisi

Milli Səhiyyə Komissiyasının yanvarın 10-da yaydığı məlumata görə, şəhərdə 21 şəhəriçi yoluxma qeydə alınıb, onlardan ikisi omikronla bağlıdır. Rəsmilər virusun dövr elədiyini, yoluxma hallarının arta biləcəyini deyiblər.

Pekin Tianjindən 115 km şimal-qərbdə yerləşir. Şəhərlər arasında avtomobil, yüksək sürətli qatarla səyahət mümkündür.

Fevralın 4-də başlanacaq Pekin Qış Olimpiya oyunları öncəsi Çin COVID-19-a yoluxmaları sıfırlamağı hədəf götürüb. Hakimiyyət sərhədləri bağlayır, bütöv şəhərləri qapadır, kütləvi testlər aparır, digər məhdudiyyətlər tətbiq edir. Bu siyasət nəticəsində irimiqyaslı və davamlı yoluxma dalğalarını önləmək mümkün olub.

Digər ölkələrdə isə omikron ştammı sürətlə yayıldıqca rekord səviyyədə yoluxmalar qeydə alınmaqdadır.

Sərt tədbirlərin effekti

Yeni ştammın xəstəliyin daha yüngül formasına səbəb olduğu bildirilir. Çinin isə sərt tədbirlərlə əhalisini qoruya biləcəyi sual yaradır. Çinlilərin 86 faizinin tam peyvənd olduğu bildirilsə də, Sinopharm və Sinovac vaksinlərinin omikrona daha az təsir göstərdiyi bəllidir.

Pandemiyanın əvvəlində Avstraliya da sərt lokdaunlar tətbiq elədi, sərhədə güclü nəzarət həyata keçirdi. Amma indi ölkə virusla birlikdə yaşamağa başlayıb və yüksək vaksinasiya göstəricilərinə baxmayaraq, yoluxma səviyyəsi artır.

Yanvarın 1-də COVID-19-a yoluxma sayı 1 milyonu keçib. Onların çoxu həftəsonu qeydə alınıb. Avstraliya əhalisinin yaşı 16-dan yuxarı 92 faizi peyvəndlənməsinə, buster proqramının sürətlənməsinə baxmayaraq, ölkədə omikron tüğyan edir.

İndiyədək koronavirusdan 2 min 387 ölüm qeydə alınıb, omikron dalğası zamanı isə ölüm səviyyəsi aşağı olub.

İsrail

Meksikada yeni gündəlik rekord – 30 mindən çox yeni yoluxma aşkarlandığından bəzi vilayətlər məktəbləri bağlayıb.

Dünyada COVID-19-dan adambaşına ölümə görə birinci yerdə olan Peruda son 24 saat ərzində 16 mindən çox yoluxma qeydə alınıb.

İsrailin Baş naziri Naftali Bennett deyib ki, indiki dalğada əhalinin 40 faizə yaxını koronavirusa yoluxa bilər. Bu ölkə vaksinasiya və buster dozaların səviyyəsinə görə dünyada öncül yerdədir.

“Hökumətin iclasında təqdim olunmuş dataya görə, indiki dalğada 2-4 milyon vətəndaş yoluxacaq”, – Bennett yanvarın 9-da Twitter hesabında yazıb.

9.4 milyon əhalisi olan İsraildə ötən həftə yoluxmalar dörd dəfəyə yaxın artıb, test sisteminin yükü artıb.

XS
SM
MD
LG