Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:36

Mariupola raket zərbələrindən az sonra

Ukrayna rəsmiləri yanvarın 24-də Mariupol şəhərinə Rusiya yönümlü separatçıların Qrad qurğularından hücum etdiyini, azı 27 dinc sakinin həlak olduğunu, 97 nəfərin yaralandığını bildirirlər. Hadisə yerindən fotolar.

Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına görə yanvarın 24-də ölkənin şərqində hökumət qüvvələrinin nəzarətində olan liman şəhəri Mariupol Rusiya yönümlü silahlı separatçıların raket hücumlarına məruz qalıb. Nazirlik Qrad qurğularından atılan raketlərdən şəhərdə azı 27 dinc sakinin həlak olduğunu, 97 nəfərin yaralandığını bildirirlər. Şəhərin meri raketlərdən birinin şəhərdə gur bazara düşdüyünü, həmçinin şəhərin cənub-şərqində yaşayış evləri, yolların dağıldığını bildirir.

Bu hücumla bağlı hələlik separatçılar tərəfdən hər hansı açıqlama yoxdur. Amma bu gün səhər onlar bəyan ediblər ki, Donetsk ətrafında kəndləri tutublar və hökumət qüvvələri geri çəkilir. Şənbə günü Ukraynanın şərqində bir neçə yerdə ağır atışma olub. Bir gün öncə separatçı lideri Aleksandr Zakharchenko elan edib ki, yaraqlılar Donetsk regionunu bütünlükdə ələ keçirməyi hədəfləyir.

Zakharchenko-nun sözlərinə görə, separatçılar "atəşkəs barədə danışıqlara cəhd göstərməyəcək".

Doqquz aydır davam edən münaqişədə 5 mindən çox adam ölüb.

Yanvarın 24-də Mariupola raket zərbələrindən az sonra çəkilmiş fotoları təqdim edirik.

Bölmələr

XS
SM
MD
LG