Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:39

Kəşfiyyat məlumatı: Rusiya ordusu Xarkova doğru cəmləşir


Ukrayna ordusunun Xarkov vilayətində ələ keçirdiyini Rusiya ordusuna məxsus hərbi texnika, bu silahla Xarkovun şərqindəki Mala Roqan kəndi atəşə tutulurmuş, 28 mart 2022
Ukrayna ordusunun Xarkov vilayətində ələ keçirdiyini Rusiya ordusuna məxsus hərbi texnika, bu silahla Xarkovun şərqindəki Mala Roqan kəndi atəşə tutulurmuş, 28 mart 2022

Ukrayna kəşfiyyatının məlumatlarına görə, Rusiya qoşunları Ukraynanın şərqində yenidən qruplaşır və bundan sonra onlar Xarkova doğru hərəkət etməyi planlaşdırırlar.

Bunu CNN telekanalına müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O, Rusiya hərbçilərinin Xarkov vilayətinin İzyum rayonunda da yenidən qruplaşdığını bildirir.

"Onlar əvvəlcə Xarkova hücum etməyi planlaşdırırlar. Onlar Mariupolu bitirməyə çalışacaqlar və yalnız bundan sonra Kiyevə hücum etməyə cəhd edə bilərlər", - general bildirib.

Rusiya aprelin 24-də Ukraynaya hücum edib.

XS
SM
MD
LG