Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:05

Köçkün evləri: Divarlar dəmir laylardan, arakəsmələr kartondan...


Nizami rayonu, Mehdi Abbasov küçəsindəki keçmiş bağçanın binası... (Qarabag Studio youtube kanal)
Nizami rayonu, Mehdi Abbasov küçəsindəki keçmiş bağçanın binası... (Qarabag Studio youtube kanal)

“Kartondan arakəsmələr çəkmişik, qardaş o tərəfində, bacı bu tərəfində yatır”.

Nizami rayon Məhkəməsinin bir qarışlığında – Mehdi Abbasov küçəsindəki keçmiş bağçanın binasında 25 ildən çoxdur ki, Qarabağın işğal altında olan yerlərindən məcburi köçkün düşmüş ailələr məskunlaşıb. Onların bir hissəsi ikimərtəbəli binada, bir hissəsi isə bağçanın ərazisində özlərinə düzəltdikləri gecəqondularda yaşayır. Köçkün Şəfəq Cəfərova AzadlıqRadiosu-na uzun illərdir dözülməz şəraitdə yaşamaqdan cana doyduqlarını dilə gətirir:

Buna da bax:​ 'Bu yazıqlar köçkün düşüblərsə, məsuliyyətini dövlət daşımalıdır'

“ZÜLMÜN İÇİNDƏ YAŞAYIRIQ”

“25 il köçkün olar?.. Köçkün olar 3 il, 5 il… 25 ildir zülmün içində yaşayırıq. Özümüz bir tərəfə, övladlarımız da yaşa doldu, nəvələr də məktəbi bitirdi… Burda yaşayanların çoxu revmatizmdən əziyyət çəkir. Şəraitsizlik hamını xəstə edib yorğan-döşəyə salıb”.

Buna da bax: 'Prezidentin qərarını saymırsınız?' - deyə köçkünlər etiraz edir

Bu ünvana ilk gələn Ağdam və Füzuli köçkünləri əvvəl bağçanın ikimərtəbəli binasına sığınıblar. Ailələr genişləndikcə binada sıxlıq yarandığından kənara çıxıb həyətində də gecəqondular tikiblər. Ətrafı dəmir layları ilə əhatələnmiş gecəqonduların içərisinə kartondan arakəsmələr qoyublar. Beləcə, otaqda “bölgü” işi aparıblar. Keçmiş bağça binasının ətrafında, azı, əlli belə “evə” rast gəlmək olar.

Köçkün Əsgər Sadıqov:

“Bağçanın binası o vaxt zəlzələdən qəzalı vəziyyətə düşdü. Fövqəladə Hallar Nazirliyi də bu binanın qəzalı olması barədə rəy verib. Şəhərciklər tikilir, evi olan birini də o şəhərcikdən alır, kirayəyə verir, bizsə acınacaqlı vəziyyətdə yaşayırıq. “Qaçqınkom”, Nizami rayon icra hakimiyyəti – hər yerə müraciət eləmişik”.

Buna da bax:​ Xırdalanda məskunlaşan köçkünlər də etiraza qalxdı

“NÖVBƏ ÇATANDA KÖÇÜRÜLƏCƏKLƏR”

Köçkün iki oğlunu evləndirəndən sonra bağçanın ərazisində hərəsinə kiçik bir otaq düzəldib. Deyir, körpə nəvələri bu dəmir laylarından düzəldilmiş evlərdə yayda qovrulur, qışda donurlar.

“Qaçqınkom”dan bildirilib ki, məcburi köçkünlər üçün şəhərciklər inşa edildikcə inzibati binaların ərazisində məskunlaşmış köçkünlər köçürülür. Mehdi Abbasov küçəsindəki keçmiş uşaq bağçasının ərazisində məskunlaşmış köçkünlər də diqqətdədir. Onlara da növbə çatacaq.

Buna da bax:​ Köçkün: 'Rəqəmləri görəndə damarımda qanım dondu'

Nizami rayon icra hakimiyyətindənsə “Qaynar xətt”ə bildirilib ki, köçkünlərin məskunlaşdığı həmin ərazidə su, qaz, işıq, kanalizasiya var. Onların köçürülməsi isə “Qaçqınkom”un səlahiyyətindədir.

Buna da bax:

Köçkünlərin etirazı: "300 manat işıqpulu qəbzi gəlib"
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

XS
SM
MD
LG