Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:30
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş ABŞ diplomatı:"Laçın dəhlizi Rusiyanın test ərazisi olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Rusiya-Türkiyə birgə müşahidə mərkəzi necə işləyəcək

Dekabrın 1-də Türkiyənin Müdafiə Nazirliyi Rusiya ilə Qarabağda atəşkəsə Birgə Müşahidə Mərkəzi barədə protokol imzalandığını açıqladı. Rusiya Müdafiə Nazirliyinin rəsmiləri də informasiyanı təsdiqləyərək bəzi detalları açıqlayıblar.

Nazirliyin rəsmisi İqor Konaşenkovun sözlərinə görə, imzalanmış sənəddə mərkəzdə Rusiya və Türkiyə tərəfdən eyni sayda əməkdaşların olması nəzərdə tutulub.

"Təşkilat strukturunda Rusiya və Türkiyə personalının sayı bərabər olacaq", – o deyib.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da açıqladığı razılaşmaya əsasən, Dağlıq Qarabağda döyüşlər dayandırılıb, tərəflər tutduqları mövqelərdə qalıblar və təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib. Üçtərəfli bəyanatda Türkiyə hərbçilərinin regiona gələcəyi barədə müddəa yer almasa da, prezident İlham Əliyev xalqa müraciətində bu barədə danışmışdı.

Sonradan verilən açıqlamalarda Türkiyə hərbçilərinin ermənilərin nəzarətində qalan ərazilərdən kənar qalacağı bəlli oldu. Rusiya rəsmiləri dəfələrlə qeyd ediblər ki, Qarabağda Türkiyə hərbçiləri yerləşdirilməyəcək. Rusiya prezidenti Vladimir Putin ötən ay deyirdi ki, "erməni tərəfini təmas xəttində türk əsgərinin olması ilə qıcıqlandırmaq nəyə lazımdır? Mənə belə gəlir ki, bunu prezident Ərdoğan da yaxşı başa düşürdü. Buna görə də biz razılaşdıq ki, Türkiyə Azərbaycanın tərəfində atəşkəsə nəzarət edəcək. Biz bu işi Türkiyə ilə birgə görəcəyik".

Lavrov əsir və cəsədlərin mübadiləsi haqda

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin hərbi əsirlərin və cəsədlərin mübadiləsi prosesini məqsədli yubatmasını müşahidə etmir. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 1-də KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Lavrov prosesin irəli getməsini əngəlləyən obyektiv çətinliklərin olduğunu qeyd edib.

"Prosesi yubadan məqsədli addımlardan danışmaq çətindir, biz bunu görmürük. Ancaq tezliklə həll olunacağına ümid etdiyim obyektiv çətinliklərin mövcudluğu faktdır", – o vurğulayıb.

Lavrov qeyd edib ki, relyefi, hərbi əməliyyatların necə başladığını nəzərə alaraq, atəşkəsdən dərhal sonra bu məsələlərlə məşğul olmaq çətin idi, üstəlik, itkin hesab edilənlərin dəqiq siyahıları da yox idi.

"Ümid edək, beynəlxalq strukturun mütəxəssislərini cəlb etməklə məsələ sürətlə irəliləyəcək. Bizim sülhməramlılar da imkan daxilində buna kömək edəcəklər", – rusiyalı nazir deyib.

Bakıda Laçın şənliyi
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Davamı

XS
SM
MD
LG