Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:21
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Paşinyan nazirləri dəyişir

Ermənistanın fövqəladə hallar naziri ordunun 5-ci korpusunun komandiri Andranik Piloyan təyin olunub. Feliks Tsolakyan iki gün qabaq bu vəzifədən istefa verib.

Mesrop Arakelyan əmək və sosial məsələlər naziri təyin olunub. O, iqtisadçıdır, dövlət başçısının müşaviridir. Zarui Batoyan daha öncə vəzifədən kənarlaşdırılıb.

news.am yazır ki, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan da istefa verib. Onun yerini müavini Janna Andreasyan tuta bilər.

Noyabrın 16-da xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa vermişdi. İndi isə həmin vəzifədə Ara Ayvazyandır.

Azərbaycan prezidenti Rusiya müdafiə və xarici işlər nazirləri ilə görüşüb

Noyabr 21, 2020

S.Lavrov: “…Azərbaycan prezidentinin konkret təklifləri var”

Noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısında çıxış edib və bəzi jurnalistlərin suallarını cavablandırıb.
AZƏRTAC-ın xəbərinə görə, S.Lavrov deyib ki, görüşdə Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə həyata keçirəcəkləri bir sıra konkret istiqamətlər müzakirə edilib:
“ Başqa istiqamətlər arasında biz BMT sisteminə daxil olan beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rusiyalı sülhməramlılarla, humanitar müşahidə mərkəzi ilə birgə çalışaraq humanitar problemlərin həllinə fəal cəlb edilməsində maraqlıyıq.”
O deyib ki, bu işin daha səmərəli olması barədə Azərbaycan prezidentinin konkret təklifləri var və bu gün, noyabrın 21-də onları maraqla müzakirə ediblər.
Amma S.Lavrov təkliflərin detallarını açıqlamayıb. Onun sözlərinə görə, bu istiqamətdə bundan sonra da birgə işləyəcəklər:
“ Lakin bütövlükdə ikitərəfli münasibətlərə dair problemlərlə əlaqədar bizim strateji tərəfdaşlığımızın durmadan intensiv inkişafını vurğuladıq, qayıdandan sonra, koronavirus infeksiyası ilə bağlı vəziyyət imkan verən kimi əyani tədbirlər keçirilməsi üzrə konkret addımlar nəzərdə tutduq. Hökumətlərarası komissiya, regionlararası forum, Bakı humanitar forumu, gənclərin təşəbbüsləri üzrə forum da keçiriləcək. İkitərəfli qarşılıqlı əlaqələrin inkişafı üçün bizim çox zəngin vasitələrimiz var.”

S.Lavrovun sözlərinə görə, beynəlxalq təşkilatlarda, BMT-də, ATƏT-də əməkdaşlıq da müzakirə edilib “ Orada əsas məsələlərin əksəriyyəti üzrə bizim mövqelərimiz üst-üstə düşür.”, deyə o vurğulayıb.

İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın məlumatın görə, İ. Əliyev deyib ki, onlar Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər:

“Bizim fikrimizcə, bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir”

“Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq”

Prezident lavə edib ki, Azərbaycan ordusu parlaq hərbi qələbə qazandı və beləliklə siyasi nizamlama müstəvisinə keçildi:

“Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq.”

"Biz Türkiyə rəhbərliyinə..."

Prezident habelə qeydedib ki, onlar Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırlar:

“ Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik. Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər...”

Prezident daha sonra da deyib:

“Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq.”

“Köçkünlərin qayıtması başlanıb”

Xəbərə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə öz növbəsində deyib ki, üçtərəfli bəyanatın qəbul edilməsindən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar:

“ Yəni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir. Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq.”

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycandan öncə Ermənistanda səfərdə olmuşdu.

Bu il noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da ( 9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Dünən, noyabrın 20-də razılaşmaya uygun olaraq Azərbaycan ordusu Ağdama daxil olub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

***

Rusiya nümayəndə heyəti Yerevana və Bakıya gəlir

Rusiyanın geniş nazirliklərarası nümayəndə heyəti Yerevan və Bakıya səfər edəcək.

Bu barədə məlumatı Rusiya XİN yayıb.

Rusiya mediasının verdiyi xəbərlərdə deyilir ki, Rusiya nümayəndə heyətinin tərkibinə ölkənin əsas nazirliklərinin rəhbərləri daxildir.

Nümayəndə heyətinin noyabrın 21-də Yerevanda olacağı və buradan Bakıya yollanacağı gözlənilir.

"Dağlıq Qarabağ... Azərbaycan Respublikasının ayrılmaz hissəsi idi və indi də belədir"

"Ermənistan ki Dağlıq Qarabağın müstəqillik və suverenliyini tanımamışdı. Bu o demək idi ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ da, ona bitişik bütün rayonlar da Azərbaycan Respublikasının ayrılmaz hissəsi idi və indi də belədir".

Bunu "Rossiya 1" telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

V.Putin noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan arasında Qarabağda atəşkəsə dair imzalanmış üçtərəfli razılaşma barədə də danışıb və bildirib ki, bu razılaşma haqda bəyanatın mətninin müəllifi hər üç tərəf- Rusiya, Ermənistan və Azərbaycan olub.

"Bu, çox çətin və enerji tələb edən bir proses oldu. Mən öz üzərimə vasitəçi rolunu götürdüyüm üçün onların tələblərini, mətnə iradlarını dinlədim, bu faktiki, bərabərhüquqlu üçtərəfli iş oldu. Ermənistan gəlib o həddə çatdı ki, qərar qəbul etməli oldu. Tərəflər hər bir ifadə, hər bir bənd, hətta demək olar ki, hər bir vergül üstündə mübarizə aparırdılar".

Ağdam bu vəziyyətdə qaytarılır
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Davamı

XS
SM
MD
LG