Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:29

Platformanın təmirinə 1 milyon ayrılıbmış


“2015-ci ildə “Günəşli” yatağının 10 saylı platformasında əsaslı təmir işləri üçün 984 min manat vəsait ayrılıb”. Bunu AzadlıqRadiosuna ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

O bildirib ki, “Günəşli” yatağının 10 saylı platformasında sonuncu dəfə təmir işləri qəza baş verən vaxt aparılıb:

“İtkin düşən neftçilərin siyahısında təmirçilər də var."Neftqaztikinti" tresti işçiləri orada təmirlə məşğul imişlər. Bu cari təmir işləri imiş. Orada konkret nəyinsə təmirindən söhbət getmir”.

Dekabrın 5-də baş verən platformada 20-dən çox şəxs itkin düşüb. 7 nəfərin meyiti tapılaraq ailəsinə verilib.

XS
SM
MD
LG