Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:32

'Ana bir də xəbər tutub ki, siçovul uşağın barmağını gəmirib'


Bakıda köçkünlərin məskunlaşdığı yataqxana
Bakıda köçkünlərin məskunlaşdığı yataqxana

“24 ildir bizi burda çürüdürlər... Tualetimiz yox, mətbəximiz yox... Ailəcə 5 nəfərik, darısqal otaqda qalırıq. Binanın bir tərəfi dağılıb, uşaq dəhlizə çıxanda dalınca güdürük ki, əl-ayağı döşəmələrdəki yarıqlara keçməsin”.

Kollec yataqxanası?

Metronun “20 Yanvar” stansiyasının yaxınlığında, “Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 443”dəki yataqxana hamamsız və tualetsizdir. Bu bir yana, həm də qəzalı durumda olan binada 120-dən çox məcburi köçkün ailəsi məskunlaşıb. Söhbət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasından gedir. 24 ildir burada məskunlaşan köçkün Həmidə Cəfərzadə deyir, hər mərtəbədə təxminən 1 kvadratmetrlik “guşə” taxta qapı ilə örtülüb. Qapının deşilmiş yerləri kağızla tutulub. Sakinlər “sanitar qovşağı” adlandırdıqları yarızirzəmidə həm yuyunur, həm də təbii ehtiyaclarını ödəyirlər. Binada, artıq xatırladılan kimi, 120 məcburi köçkün ailəsi yaşasa da, 600 ailə qeydiyyatdadır.

Buna da bax:​ Köçkünlər: 'Tualetdə çimirik'

“Bir də xəbər tutublar ki, siçovul...”

Köçkün Aslan Əliyev artıq özünün deyil, burada doğulub böyüməkdə olan uşaqların gələcəyindən təlaşlanır:

“İmkanımız da yoxdur ki, uşaqlarımızı harasa aparaq. Toz-torpağın içində oynayırlar. Bu yaxınlarda qonşu otaqda qalan ana yerdən döşək atıb körpəni yatırdıb, bir də xəbər tutublar ki, siçovul uşağın barmağını gəmirib. Biz də insanıq, biz də yaşamaq istəyirik”.

Köçmək istəyirlər, amma...

Köçkünlərin yazmadığı, üz tutmadığı qurum qalmayıb. Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən də onlara ümidverici söz deyən yoxdur. Köçkünlərsə belə şəraitdə yaşamaqdan bezərək, başqa yaşayış yerlərinə köçürülmələrini tələb edirlər.

İcra Hakimiyyəti “Qaçqınkom”u gözləyir?

Yasamal rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, yataqxana binası qəzalı binaların siyahısındadır. Binanı köçkünlər məskunlaşdığından sökə bilmirlər. İcra Hakimiyyəti “Qaçqınkom”un hərəkətə keçməsini gözləyir.

Buna da bax: Tavan çökdü, beton uşağın başına düşdü

2013-cü ildə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1 milyon qaçqın və köçkün sayının 1992- 93-cü illərə aid olduğunu bildirib. “Keçən 20 il ərzində qaçqın və köçkünlərin sayı artıb. İlə 10 min artmaqla, bu rəqəm 1 milyon 200 minə çatıb”.

Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılsın.

XS
SM
MD
LG