Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:43

Zelenski Gürcüstandakı səfiri geri çağırıb


Volodimir Zelenski
Volodimir Zelenski

Onun sözlərinə görə səfir Gürcüstanın Ukraynaya dəstək verməsi və Rusiyaya qarşı sanksiyalara qoşulması üçün heç nə edə bilməyib

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Gürcüstan və Mərakeşdəki səfirlərini geri çağırıb.

Onun sözlərinə görə bu səfirlər “yalnız vəzifələrində qalmaq üçün işləyiblər” və olduqları ölkələrin Ukraynaya dəstək verməsi və Rusiyaya qarşı sanksiyalara qoşulması üçün heç nə edə bilməyiblər:

"Bugün mən Ukrayna səfirinin Mərakeşdən geri çağırılması barədə bu qəbilən ilk fərmanı imzalamışam. Gürcüstandakı səfir də, ona bütün hörmətimizə baxmayaraq, geri çağırılıb...Əgər silah yoxdursa, sanksiyalar yoxdursa, Rusiya biznesinin işinə məhdudiyyətlər yoxdursa, lütfən özünüzə başqa iş axtarın”.

Prezident habelə deyib ki, Latın Amerikasındakı, Yaxın Şərdəki, eləcə də Cənub-Şərqi Asiyadakı və Afrikadakı səfirlərdən ən yaxın müddətdə işlərinin konkret nəticələrini gözləyir.

Ukrayna müharibəsi Azərbaycanda evləri bahalaşdıracaq
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

Rusiya və Belarusu bloklamaq

Martın 31-də Ukraynanın Polşadakı səfiri Andriy Deşitsa deyib ki, Ukrayna Polşa ilə Polşa-Belarus sərhədinin bağlanması üçün danışıqlar aparır..

Ukrayna hökuməti habelə Rusiya və Belarusla sərhədlərinin bağlanması üçün Litva, Latviya və Estoniyaya müraciət edib.

Andriy Deşitsa deyib:

"Düşünürəm ki, qərar qəbul olunacaq. Onda Aİ-ni gözləmək lazım gəlməyəcək. Biz Rusiyaya bütün daşımaları tamamilə bloklayacağıq”.

Ötən həftə Litva, Latviya və Estoniya Avropa İttifaqını Rusiya və Belarusa quru və dəniz yolları ilə bütün yük daşımalarının bloklanmasına çağırmışdılar.

Baltik ölkələri nəqliyyat nazirlərinin sözlərinə görə hazırda Rusiya gündəlik qaydada bu sərhədlər üzərindən ikili təyinatlı yüklər almaqda davam edir.

Bu daşımaları minlərlə Rusiya və Belarus maşın və gəmiləri həyata keçirir.

XS
SM
MD
LG