Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:11

Kəndli: 'Bələdiyyə sədri əkin sahəmi su altında qoyub'


Arxiv fotosu
Arxiv fotosu

"Bələdiyyə sədri əkin sahəmi su altında qoyaraq toplamağa hazırlaşdığım məhsulu məhv edib".

Bunu "Qaynar xətt"ə Zərdabın Dəliquşçu kənd sakini Natiq İmamverdiyev deyir.

Buna da bax:​ 43-cü məhəllədəki yataqxanada köçkünlərin üçüncü yanğını

“AİLƏM AC QALSIN?”

Şikayətçinin sözlərinə görə, ona və ailəsinə məxsus əkin sahəsini kənd bələdiyyə sədri Yusif Əliyev məhv edib:

"O sahə ilə dolanırıq. Öz torpağımızdır, bələdiyyə sədrinin sahəsi mənim sahəmin yaxınlığındadır. Öz sahəsini rahat suvarmaq üçün mənim sahəmi su altında qoyub. İndi məhv etdiyi məhsulun pulunu tələb edirəm, deyir, ‘get, hara istəyirsən şikayət elə’".

Kəndli də Zərdab rayon İcra Hakimiyyətinə üz tutub:

Buna da bax: Uşağa nə iynə vurdusa, 5 dəqiqənin içərisində keçindi

"Ancaq şikayətimə baxılmadı, əksinə, bələdiyyə sədrindən şikayətçi olduğuma görə özümü danladılar və onu açıq şəkildə müdafiə etdilər. Dedilər, ‘bir işdir də olub, əkərsən, gələn il məhsul götürərsən’. Qış qapıda dayanıb, bəs mənim ailəm ac qalsın?"

“ŞİKAYƏTLƏR ƏSASSIZ VƏ QƏRƏZSİZDİR”

YAP üzvü olan Natiq İmamverdiyev prezidentə və birinci vitse-prezidentə həm bu, həm də sədrin bələdiyyə əmlakını talan etməsi ilə bağlı yazıb.

"Qaynar xətt"in əməkdaşı Dəliquşçu kənd bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən Yusif Əliyevin ərazidə olduğu bildirilib və qeyd olunub ki, kənd sakininin bələdiyyə sədriylə bağlı şikayətləri əsassız və qərəzlidir.

Buna da bax:​ Şikayət: 'Xırdaoymaqda istifadəsiz torpaqlar var, özümüz acından ölürük'

Zərdab rayon icra hakimiyyətindən isə bildirilib ki, icra hakimiyyəti hüquq-mühafizə orqanı deyil, vətəndaşın şikayəti varsa, bunun üçün hüquq-mühafizə orqanlarına bildirə bilər: "O adamın bələdiyyə sədrindən xeyli şikayəti vardı. Biz də ona bildirmişik ki, bələdiyyələr icra hakimiyyətlərinə tabe deyil ki, bələdiyyə sədrinin fəaliyyətini araşdıraq".

XS
SM
MD
LG