Seymur Baycan yeni romanının təqdimatını keçirdi

Seymur Baycan oxucular üçün kitabını imzalayır. 20 fevralı, Azad Fikir Universiteti, Bakı

Mənbə: adyazar.az

Fevralın 20-də “Azad Fikir İnstitutu”nda yazıçı, publisist Seymur Baycanın “Quqark” romanının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan müəllif romanından danışıb.

O , Qarabağ müharibəsindən bəhs edən "Dörd romantik hekayə" yazdıqdan sonra oxucuların və ədəbiyyatçıların münasibətlərini nəzərə alaraq bu mövzuda roman yazmaq qərarına gəldiyini bildirdi.

Onun sözlərinə görə kitab üçün üç ilə yaxın vaxt sərf etməli olub.

Bunun iki ili müharibə romanlarının və s oxunmasına, təxminən bir ili isə əsərin yazılmasına gedib.

Müəllifin sözlərinə görə roman dörd hissədən ibarətdir.

Birinci hissədə Qarabağ müharibəsindən bəhs edilir.

İkinci hissə SSRİ-nin çökməsi prosesinə həsr olunub.

Növbəti hissədə müəllif üçüncü növ ölkələrdə yaradıcı insanların həyatına , yaşayışlarına və s toxunub.

Dördüncü hissədə isə sevgi mövzusu öz əksini tapıb.

Seymur Baycan kitabın çap edilməsi zamanı qarşılaşdığı çətinliklərdən də danışdı və yeni əsərinə müxtəlif reaksiyaların olduğunu bildirdi .

Daha sonra söz yazıçı Rafiq Tağıya verildi .

O, müəllifi təbrik etdi , kitablara marağın artmasının sevindirici olduğunu söylədi.

Seymur Baycanı severək oxuduğunu bildirən Rafiq Tağı ona yeni –yeni romanlar arzuladı.

Bəstəkar Elmir Mirzoev “Quqark”ı müasir ədəbiyyatımızda çevriliş etməyə qadir olan romanlardan biri kimi qiymətləndirdi .

O , alternativ fikir axtaranlara bu romanı oxumağı məsləhət gördü.

“Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı Seymnur Baycanın istedadlı yazıçı olduğunu, günü –gündən təkmilləşdiyini dedi.

O, yeni romanı daha çox bəyəndiyini , kiçik qüsurlara rəğmən əsərin yüksək qiymətə malik olduğunu bildirdi.

Sonda müəllif gələnlərə təşəkürünü bildirdi və yeni kitabını oxucular üçün imzaladı .

O, ilk imzalı kitabı hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayevə təqdim etdi.

Qeyd edək ki , kitabın redaktorları Şahvələd Çobanoğlu və Famil Cəfərlidir. Kitabın üz qabığındakı şəkil isə Turxan Qarışqaya məxsusdur. “Quqark” 410 səhifədən ibarətdir