-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxmış «Çelovek iz Zardoba» - «Zərdablı adam» kitabının müəllifi Rəhman Bədəlov söylədi.
KOMADA OLAN ADAMIN «DANIŞDIĞINI» NORMAL QƏBUL ETDİK…
Onun dediyinə görə, bu məqamda söhbət hakimiyyətin dəyişib-dəyişməməsindən getmir:
«Biz komada olan insanın «danışdığını» normal qəbul etdik. Bu günahı indiyəcən yumamışıq və ən pisi o günahı başa düşmürük… Bu böyük zərbə idi və şüurumuzda əbədi həkk olundu».
AZƏRBAYCAN BUDURSA, MƏN AZƏRBAYCANLI OLMAQ İSTƏMİRƏM!
Rəhman Bədəlov 2003-cü ildən sonra ölkədən getməyi düşündüyünü söyləyir:
«Məni Azərbaycanla heç nə bağlamırdı. Düşünürdüm ki, Azərbaycan budursa, mən azərbaycanlı olmaq istəmirəm. Hətta bir müsahibəmdə dedim ki, mən artıq Albalı bağında yaşayıram (A.P. Çexovun pyesi –S.İ.) və ordan çıxmaq istəmirəm. Azərbaycanda Albalı bağı olmasa, mən Azərbaycanda yox, Albalı bağında olacam».
KİTAB NECƏ YAZILDI?
Zərdabinin adını hələ Sovetlər dönəmində «Bakraboçi» qəzetində Anarın yazdığı bir məqalə ilə xatirinə həkk edən Rəhman Bədəlov bundan sonra Zərdabi haqqında yazı yazmaq fikrinə düşür:
«Adi yazı istəmirdim, şokedici, qıcıq oyadan bir yazı yazmaq istəyirdim. Demək istəyirdim ki, o adamları ki tanımaq lazımdır—siz onları tanımırsınız… Bu fikirlə Əlyazmalar Fonduna getdim. Orada gördüyüm 2 tilsimli sənəd –müqəddəs əşya mənə güclü təsir etdi. Biri Həsən bəyin həyat yoldaşı Hənifə xanımın əri haqqında yazdığı xatirələri idi. Şagird dəftərlərinə yazılmışdı. Düzdür, o xatirələr artıq nəşr olunmuşdu, amma dəftərdəki xətt, o ovqat məni tutdu. Sonradan bildim ki, o xanım hansı vəziyyətdə bunları yazıb… Artıq 4 uşaqdan ancaq biri yanında idi, o da xəstə… Amma buna baxmayaraq, rahat oturub səliqəli xətlə o xatirələri yazmışdı… Bir də, həmin Fondda bir şəklə rast gəldim. Orada artıq qocalmış, amma məndən 10 yaş cavan olmasına baxmayaraq, çox qoca görünən Zərdabi var idi. Həyatı əzablı keçmişdi—bu aydındır. Kürəkəni Əli Mərdan bəy Topçubaşı idi və İsmayıl bəy Qaspralı –«Tərcüman» qəzetinin naşiri onun yanında idilər. Bu şəkli hamıya yaydım».
MƏN BUNLARA GÖRƏ AZƏRBAYCANLIYAM!
Rəhman müəllim bu iki müqəddəs yadigarın ab-havasının onu möhkəm tutduğunu deyir:
«Dərhal fikirləşdim ki, mən bunlara görə Azərbaycanlıyam! 2003-cü ilin öz yeri var və onun acısı qalacaq, amma bu insanlar da var və mənim onlarla rabitəm var! Mən o rabitəylə yaşaya bilərəm. İçəridəki «mən»im onlarla bağlıdır. Zərdabinin ölümünün 100 illiyində--2007-ci ildə mən o yazını yazdım və Kultura.az portalına verdim. Kitabı hazırlayarkən o yazını bir də oxudum və özümdən razı qaldım. Orada çox şeylər ifadə olunmuşdu—həyatı ilə bağlı, maarifçiliyi ilə bağlı və s. Bu işə müəyyən nöqtəni o vaxtdan qoydum—kitab belə yazıldı».
MİLLƏTİN ÖNDƏ GEDƏN ADAMLARI BARƏDƏ MÜTLƏQ FİLM ÇƏKİLMƏLİDİR!
Rəhman müəllim aparıcının: «Niyə kitab kino-fantaziya kimi yazılıb» sualını belə cavabladı:
«Bir dövr vardı ki, yazılı ədəbiyyat vardı. Sonra kino, video, internet zamanı gəldi. Artıq biz audiovizual dünyada yaşayırıq. Birincisi, mən bu fikirdəyəm ki, millətin öndə gedən insanları barədə mütləq kino çəkilməlidir. Mən düşündüm ki, Zərdabidən film çəkilməlidir! İkincisi, mən kinoya yaxın adamam—uzun illər kino tənqidçisi, ittifaqın katibi olmuşam. Buna haqqım çatır. Üçüncüsü, «Ucqarlardan məktublar»ı (Zərdabinin rusca yazdığı «Pisma iz zaxolustya» oçerkləri nəzərdə tutulur—S.İ. ) və Hənifə xanımın xatirələrini oxuyanda, mən kino-epizodlar görürdüm. Elə bil, Zərdabi kino üçün yazmışdı bunları… Bu 3 səbəbdən yazdım kitabı».
BƏLKƏ DƏ BU, BİR MİRASDIR?!
Rəhman Bədəlov kitabın çapının bir özəl səbəbi də olduğunu gülə-gülə söyləyir:
«Bu da praqmatik səbəbdir. Fikirləşirəm ki, bəlkə film nə vaxtsa çəkildi. Yəqin çəkilsə, qonorarı da olacaq. Mənə çatmasa da, uşaqlarıma, nəvələrimə çatacaq. Bəlkə bununla onlara nə isə vermiş olaram. Çünki pul qazanmamışam onlara… Bəlkə də, bu bir miras olardı?».
RƏHMAN BƏDƏLOVUN 3 «HƏ» DÜSTURU
Müsahibimiz kitabın təqdimatından öncə bir «kəşf» etdiyini də deyir:
«Təqdimata gedə-gedə düşünürdüm ki, necə edim, hansı düsturu tapım? Çingiz Hüseynov bir FF düsturu tapıb—«Fatalnıy Fatali». Mən də, Zərdabi ilə bağlı həmən yapışan, dərhal təsir edən bir düstur axtarırdım. Onu yol gedə-gedə tapdım və təqdimatda açıqladım. Yazdım «HƏ»—bunun açması hamıya aydındır. Hamıya tanış abreviaturadır. Üstündən xətt çəkdim. Başqa «HƏ» yazdım. Bu «HƏ» artıq «Yes» mənasındadır. Abreviatura deyil. Üçüncü «HƏ»ni yazdım və dedim ki, bax, bu Həsən bəy və Əkinçidir! Bu 3 «HƏ» –birinin üstündən xətt çəkilib, biri «Yes»dir… Hətta yanına bir noto-bene yazdım ki, bu məcaz-düstur, klassik ifadə mənim üçün çox önəmlidir, bizim problemlərimizdir. Yəni «HƏ»dən «HƏ»yə--yəni balaca, gülməli bir kəşf elədim və «kəşf»imdən razı qaldım…».
HƏR MİLLƏTİN DON-KİXOTLARA EHTİYACI VAR!
Rəhman Bədəlov Həsən bəy Zərdabinin həyatına nəzər salarkən onu rusların I Pyotruna bənzətdiyini deyir:
«Eyni işi rus mədəniyyətində, rus tarixində I Pyotr edib. Mən həmişə hamıdan soruşuram ki, Zərdabinin boyu nə qədər olub? Nə qədər olub bilmirəm? Amma çox güman ki, hündür adam olmayıb. Fiziki cəhətdən Zərdabi hara, I Pyotr hara? Səlahiyyətləri də müqayisəedilməzdir. Pyotr çar idi, Zərdabi adi gimnaziya müəllimi. O vaxt monarxiya idi, Pyotr nə istəyirdi, onu da eləyirdi. Amma eyni işi etdilər—Pyotr da səmtini Avropaya döndərdi və rus tarixinin məcrasını dəyişdirdi. Pyotr da Avropaya pəncərə açdı, Zərdabi də. Zərdabi də bizim məcramızı dəyişdirdi. Qəribə işdir, özü necə inandı ki, mən bunu edə bilərəm?! Səlahiyyəti olmayan adi gimnaziya müəllimi bütün bunları necə bacardı?».
«2003-cü il bizim hamımızın həyatında faciəvi bir il oldu».