-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına «İzmedia-qrup» şirkətinin çəkilişlərinə başladığı «Difainin Sonası» filminin prodüseri İdris Heydərli söylədi.
NƏTİCƏSİ: CÜMHURİYYƏT!
Onun fikrincə, əsrin əvvəllərində yaranan «Difai» kimi təşkilatların nəticəsi Cümhuriyyət oldu:
«Mənim nəzərimdə bu, qürurverici bir şəbəkədir. Çünki o hakimiyyət, o basqılar, o ağrıların müqabilində--cəzasız qalan cinayətlərin əvəzində bu insanlar özləri bir müqavimət hərəkatı qurdular. Bu savaşın əslində, nəticəsi Cümhuriyyət oldu…».
DƏRİNLƏR DEYİL, KÖPÜCÜKLƏR ÜZƏ ÇIXIR
İdris Heydərlinin fikrincə, biz adətən tarixdə bir-iki adamı önə çəkməklə dərinliklərdə nə baş verdiyini unuduruq:
«Çəkdiyimiz filmin qəhrəmanı Sona da o dərinliklərdə olan insanlardandır. Sona «Difai»nin kifayət qədər gizli və məxfi saxlanılacaq qədər üzə çıxmayan, amma Azərbaycan tarixində iz qoyan qadın olub».
TİBB BACISI MÜXTƏLİF ADLARDAN İSTİFADƏ EDİB
İdris bəy «Difai»nin Sonası haqqında arxivdə--1992-ci il qəzetlərinin birində yazıya rast gəldiyini deyir:
«Çox marağıma səbəb oldu. Kazana Milli Arxivə müraciət etdim. Dedilər, sənədlər var! Beləliklə, 516 səhifəlik cinayət işini arxivdən aldıq. O cinayət işi 1908-ci ildə başlayıb və 1911-ci ildə bağlanıb. Sona Allahyar qızı Səfərova adlı xanımın işidir. «Məxfidir» qrifi ilə aparılıb. İşin tam açılması mümkün olmayıb. 1911-ci ildən sonra Sonanın taleyi necə olub—bu da, bəlli deyil. Hansı cəzanı verdikləri də bilinmir. Çünki bu xanım qız bir neçə ad altında cinayətə cəlb olunub—rus adlarıyla, özbək, qazax və tatar adlarıyla. Bir neçə pasportu varmış. Bu da, sadəcə, gizlənmə metodu olub. Kazanda yaşayıb, 1904-cü ildə Həştərxanda tibb bacısı çalışıb. Həştərxandan sonra Kazana köçüb».
KAZANDAN SİLAH ALIB BAKIYA GÖNDƏRİB
Rus hökumətinin o dövrdə erməniləri silahlandırdığını vurğulayan İdris Heydərli qarşı tərəfin silahı hansı yolla ələ keçirdiyinə də aydınlıq gətirir:
«Böyük bir dövlət bir qurumu silahla təmin edirdi. Bəs qarşı tərəfin silahı haradandı? Biz hələlik «Difai» bağlantısını tam müəyyən etməmişik, amma mənə elə gəlir ki, izlər gedib həmin bağlantılara çıxır… «Difai»nin 1905-ci ildə toplandığını nəzərə alsaq, o ildən sonrakı hadisələr göstərir ki, bu xanım Kazan və Kazan ətrafı rus hərbi birləşmələrinin yerləşdiyi hissələrdən silahlar alıb Bakıya, Səttarxan hərəkatına və Tiflisə göndərib».
SONA XANIM TƏŞKİLATIN KAZANA GÖNDƏRDİYİ ADAM OLUB?
Aparıcının bu sualı belə cavablandı:
«Mənə elə gəlir ki, «Difai»nin göndərdiyi adam olub. Kifayət qədər bağları var. Cinayət işində tam olaraq ipucular yoxdur. Cinayət işi Sonanı siyasi məhbus kimi görür, bağlantıları araşdırır. Cinayət işində Naxçıvandan, Tiflisdən, İrəvandan gələn donoslar var. Deyilir ki, burada insanları silahlarla təmin edirlər. Silah da dəmiryolu ilə Kazan-Həştərxan-Tsaritsın istiqamətindən gəlir. Bir neçə nəfəri həbs edirlər. Bu həbslərin sonu gəlib çıxır Sona Səfərovaya. Onlar deyirlər ki, bizə əmri və silahları bu xanım verib…».
SONA XANIM «DİFAİ»NİN RƏHBƏRİ ƏHMƏD BƏY AĞAOĞLUNUN QOHUMU İMİŞ!
İdris bəy Sona xanımın tanınmış bir nəsildən olduğunu bildirir:
«Sona xanım Şuşada doğulub—Səfərovlar ailəsindəndir. Çox böyük nəsil olub. Əhməd bəy Ağaoğlu ilə Səfərovların qohumluq bağları var. İranın indiki neft naziri Mehdi Səfəri də həmin Səfərovlardandır. Milli hərəkatın başlanmasında o nəslin maliyyə köməyi böyük olub. 20-ci illərdə bu nəsil parçalanıb—bir hissəsi Tiflisə, bir hissəsi İrana, bir hissəsi də Türkiyəyə köçüb. Beləcə, Səfərovlar tarixdən silinib. İndi araşdırırıq ki, bu nəsildən kimlər qalıb?».
CİNAYƏT İŞİNDƏ DAHA NƏLƏR VAR?
İdris Heydərli cinayət işində maraqlı nüanslar olduğunu bildirir:
«Naxçıvanda, Tiflisdə, Qarabağda, Bakıda silah bazalarının kimin əlində olması və kimlərin istintaqa cəlb olunması göstərilir. Tək Sonanın işi deyil. «Məxfidir» qrifi altında rus jandarmeriyası müəyyən adamların yoxlanılmasını, evlərində axtarış aparılmasını istəyir. Orada 40-dan çox ad keçir. Onlar şəbəkənin var olması üçün silah daşıyırdılar, mücadilə verir, savaşa çıxırdılar. Maraqlı adlar var. Araşdırıb müəyyən nəticəyə gəlmək lazımdır».
JANDARMERİYA ONLARDAN ÇƏKİNİRMİŞ?!
Cinayət işi ilə tanış olandan sonra İdris Heydərli maraqlı bir nəticəyə gəlib:
«Jandarm idarəsi bu adamlardan kifayət qədər çəkinirmiş… İstintaq materiallarından hiss olunur ki, onlar bu adamların üzərinə getməyə cəsarət etmirlər. Hiss olunur ki, çar Rusiyasının dövlət maşını onların üstünə tam gedə bilmir…».
SONA XANIM HƏŞTƏRXANDAKI BAKİNSKİ KÜÇƏSİNDƏKİ HOSPİTALDA İŞLƏYİRMİŞ…
İdris Heydərli artıq çəkilişlərə başladıqlarını deyir:
«10 günlük səfərə çıxdıq. Kazanda, Volqoqradda, Həştərxanda və s. çəkilişlər apardıq. Onların yaşadığı yerlər, çalışdığı əraziləri lentə aldıq. Çoxlu dəyişikliklər olub, amma ən azından, o ruh qalıb—Həştərxanda Bakinski küçəsi qalıb. Həmin küçədə Sonanın işlədiyi hospital qalıb. Bizim çəkilişlərdə məqsədimiz, əslində, o coğrafiyanı tanımaq idi. Bu coğrafiyada Sonanın, onun mənsub olduğu təşkilatın necə qurulmasını anlamaq idi. O yükün hansı xətlə, necə gəlməyini, Bakıdan Ənzəliyə daşınmağını, Ənzəlidən Qarabağa gətirilməyini, işin necə qurulduğunu, hansı şərtlər daxilində getdiyini anlamaq istəyirdik».
KAZAN ARXİVLƏRİNDƏ ÇOXLU MATERİALLAR VAR!
İdris bəy filmi 28 May—Cümhuriyyət bayramınadək bitirmək istədiklərini bildirir:
«Əslində, bizim borcumuz onların bu torpaq, gələcək Cümhuriyyət uğrunda verdikləri mücadilənin haqqını qaytarmaqdır. Onlar bir savaş veriblər və əvəzində bir Azərbaycan var. Onlar bu savaşı verməsəydilər, bu gün Azərbaycan olmazdı! Hələ çəkilişlər davam edir. Onu da deyim ki, Kazan arxivlərində Azərbaycanla bağlı bizi ağrıdan materiallar kifayət qədərdir. Çox istərdim ki, onlar araşdırılsın. Özümüzü tanımaq, işimizi anlamaqdan ötrü bu arxivlər bizim üçün vacibdir. Bu günədək bizə təqdim olunan şeylər bir yalan və qondarmadır. Biz öz keçmişimizi, öz səhvlərimizi anlamaqdan ötrü özümüz araşdırma aparmalıyıq».
«Cümhuriyyət biz düşündüyümüz kimi, heç nədən yox, savaşların, müqavimətlərin nəticəsində yarandı».