Tarantino filmdən imtina etdi

Quentin Tarantino

-

Məşhur Amerika rejissoru Quentin Tarantino növbəti filmindən imtina edib.

Səbəb ssenari haqda məlumatın sızmasıdır.

"The Hateful Eight" adlanacaq film vestern olacaqdı.

"Quduz köpəklər", "Kriminal qiraət", "Billi öldürmək" kimi filmlərin müəllifi olan Tarantino “Deadline”a müsahibəsində deyib ki, ssenarinin məzmunundan cəmi 6 nəfər xəbərdar imiş. O həmin adamların adını da çəkib: aktyorlar Bruce Dern, Tim Roth, Michael Madsen və onların agentləri.

"Bircə Tim Roth-un bunu etməyəcəyinə əminəm. Yerdə qalanlardan kimsə ssenarini oxumaq üçün agentinə verib, həmin agent də onu bütün Hollywood-a yayıb”.

Tarantino deyib ki, bəlkə də ümumiyyətlə "The Hateful Eight" filmindən imtina etdi, amma hələlik dəqiq olan odur ki, bu, onun növbəti filmi olmayacaq və filmin ssenarisinin çapı üçün nəşriyyatlara müraciət edəcək.