Avropa ilə viza rejiminin sadələşdirilməsi bu ilin sonundan qüvvəyə bilər

-
Avropa Birliyi və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər 2014-cü ilin sonunadək qüvvəyə minə bilər.

Bunu martın 11-də Avropa Birliyinin Bakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə bildirib.

Viza rejiminin sadələşdirilməsi haqda saziş ötən ilin noyabrında Vilnüsdə “Şərq tərəfdaşlığı” sammitində, readmissiya haqda saziş isə bu ilin fevralında Brüsseldə imzalanıb.