Bərdədə etirazçılar avtomobil yolunu bağlayıb

Arxiv foto

-
Bərdə rayonunun Cəyirli rayonunda Ağdam və Kəlbəcər rayonundan olan məcburi köçkünlər etiraz aksiyası keçirir və hazırda avtomobil yolunu bağlayıblar.


Bu barədə virtual.org məlumat yayıb.

Bildirilir ki, məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin onlar üçün tikdiyi evlərin bölgüsündən narazıdırlar.

Hadisə yerinə polis cəlb olunub.