«Arşın mal alan» Hollivud yolunda...

«Arşın mal alan»

-

Azərbaycan kinosunun əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş «Arşın mal alan» filmi Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, bu, çəkilişinin 70-ci illiyində «Arşın mal alan» filminin Hollivudda premyerası olacaq.

Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş «Ricardo Montalban» kinoteatrında təqdim ediləcək.

Filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək.

Nümayiş Üzeyir Hacıbəylinin anadan olmasının 130, «Arşın mal alan» filminin70 illiyinə həsr olunur.