“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) ilk dəfə illik maliyyə hesabatını açıqlayıb. Sənədə əsasən, 4 sənaye parkının (Sumqayıt, Balaxanı, Pirallahı, Qaradağ) idarəedicisi olan məhdud məsuliyyətli cəmiyyət 2016-cı ildə 391,6 min manat gəlir əldə edib.
2016-cı ildə cəmiyyətin ziyanı 19,7 mln. manat olub. Bu, əvvəlki ildəkindən 17,7 mln manat çoxdur.
Buna da bax: Kimya Sənaye Parkına 170 hektar ayrılacaq
Ziyanın əsas hissəsi (15 mln manat) aktivlərin qiymətdən düşməsi ilə bağlıdır. 2017-ci ilin əvvəlinə parkın ziyanının artdığı bildirilir. Əməkhaqqı ödənişi və sosial ayırmalara 916 min manat xərclənib.
Ötən il SKSP-yə 61,4 milyon manat məbləğində dövlət investisiyaları qoyulduğu bildirilir. Ümumi investisiyalarin isə 155 milyon manatdan çox olduğu söylənir.
“Sumqayıt Kimya Sənaye Parkı” 2011-ci ilin dekabrında yaradılıb. Ərazisi 466,37 hektar təşkil edir.