ABŞ-ın hazırkı prezidenti Donald Trampın administrasiyası ölkənin Rusiyadakı baş konsulluqlarının bağlanmasına qərar verib. Bundan sonra, Vaşinqtonun ölkədəki yeganə diplomatik nümayəndəliyi Moskvadakı səfirliyi olacaq.
Associated Press-in məlumatına ABŞ Dövlət Departamenti Vladivostok və Yekaterinburqdakı konsulluqların işini dayandırma planları barədə Konqresi xəbərdar edib.
Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, Vladivostokdakı konsulluğun birdəfəlik, uraldakı konsulluğunun isə qeyri-müəyyən müddətə bağlanacağı planlaşdırılır. Bu isə o deməkdir ki, gələcəkdə Rusiya vətəndaşları ABŞ vizası üçün yalnız Moskvadakı səfirliyə və ya digər ölkələrdəki ABŞ konsulluqlarına müraciət etməli olacaqlar.