Ermənistan Rusiyadan yeni hərbi kreditin alınmasına dair danışıqlara başlayıb. Bu barədə AzadlıqRadiosunun erməni xidmətinə maliyyə naziri Vardan Aramyan məlumat verib.
Nazir söhbətin hansı məbləğdən getdiyini deməyib. Bildirib ki, danışıqlara bu il başlanıb.
Ötən ilin iyun ayında bəlli olub ki, Rusiya Ermənistana 200 milyon dollar həcmində dövlət krediti verib ki, bu pula Rusiya istehsalı olan silah alsın.