Türkiyənin FOX TV kanalının yayımı Azərbaycandakı bəzi kabel televiziyalarında dayandırılıb.
Fevralın 22-si axşam saatlarından bu kanalın yayımı Azərbaycandakı analoq, rəqəmsal və IPTV yayım növlərində yoxdur. FOX Türk kanalı digər bir TV kanal ilə əvəz olunub.
*Youtube Kanalımıza abunə olun - Hər gün canlı yayım izləyin
Ailə TV bundan yalnız bir cümlə ilə bəhs edir və bunu Milli Televiziya və Radio Şurasının göstərişi ilə izah edir.
Buna da bax: Vitse-prezidentə müraciətlər başladı
Ancaq Şuranın saytında bu barədə məlumat verilmir. MTRŞ-dan məsələyə, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.
Bir gün əvvəl, fevralın 21-i həmin kanalın xəbərlər proqramında Azərbaycanla bağlı süjet efirə verilmişdi. Orada prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse prezident təyin etməsi aparıcının gülüşü ilə təqdim edilmişdi.
Buna da bax: ‘İndiki halda ya qanun dəyişməli, ya Əliyevlər boşanmalıdır’ [video]
FOX kanalının həmin xəbərlər proqramı Azərbaycandakı sosial şəbəkələrdə də qızğın müzakirəyə səbəb olmuşdu. Bəzilər yazırdılar ki, artıq, Azərbaycan gülüş hədəfinə çevrilib.
“Yəqin ki, FOX kanalının yayımı Azərbaycanda dayandırılacaq” - deyə bəzi insanlar da ehtimallarını yazırdılar.