Prezident İlham Əliyev dekabrın 15-də İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri Gianpietro Benedettini qəbul edib.
Ölkə başçısının rəsmi internet saytı xəbər verir ki, şirkət rəhbəri Azərbaycanda metallurgiya sənayesi ilə bağlı planlaşdırılan birgə layihələr barədə İlham Əliyevə məlumat verib.
Buna da bax: Metallurgiya nəhənginə 1 milyard qiymət qoyuldu
O, bildirib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində 5 iri zavodu özündə birləşdirən nəhəng metallurgiya klasteri (birləşməsi) yaranacaq. Onun fikrincə, bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq.
Şirkət rəhbəri bununla da Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasının təmin ediləcəyini söyləyib.
Buna da bax: Bakıda 55 sənaye müəssisəsi bağlanıb
G.Benedetti onu da bildirib ki, bütün bu layihələri investorlar və Avropanın aidiyyəti banklarının maliyyələşdirməsi nəzərdə tutulur.
Dövlət başçısı Azərbaycanda sahibkarlara gözəl şərait yaradıldığını və xarici investorların ölkəyə cəlb edilməsində maraqlı olduğunu bildirib.