Azov dənizində Ukrayna gəmilərinin Rusiya tərəfindən tutulmasının ardınca Ukrayna parlamenti 30 gün müddətində hərbi vəziyyət elan edilməsinə səs verib.
Noyabrın 26-da saatlarda davam edən qızğın debatlardan sonra millət vəkilləri prezident Petro Poroshenko-nun hərbi vəziyyət elan edilməsinə dair qərarını dəstəkləyiblər. Hərbi vəziyyət noyabrın 28-də qüvvəyə minməlidir.
Hərbi vəziyyət haqqında qanun “Rusiya təcavüzünə ən kövrək” ərazilərdə tətbiq ediləcək.
Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və prezident Yanukovych devrildikdən sonra Ukrayna ilk dəfədir ki, belə bir radikal addıma gedir.
Hərbi vəziyyətin elan edilməsi Poroshenko hökumətinə ictimai nümayişlərin qadağan edilməsi, mediayaya nəzarət olunması və nəhayət martın sonlarına nəzərdə tutulmuş prezident seçkisinin təxirə salınması səlahiyyətləri verir.
Parlament daxilindəki ixtilafın və Radanın qarşısına toplaşmış millətçilərin etirazlarının ardınca çıxış edən Poroshenko deyib ki, vətəndaşların hüquqları məhdudlaşdırılmayacaq və seçki vaxtında keçiriləcək.
Rəy sorğuları Petro Poroshenko-nu çətin seçkinin gözlədiyini göstərir.